Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycanın siyasi və iqtisadi nüfuzu artır. Bu gün mürəkkəb siyasi münasibətlər, yeni çağırışlar bir daha göstərir ki, Azərbaycanın apardığı daxili və xarici siyasəti dövlətimizin strateji məqsədlərinə uyğundur.
Azərbaycan öz milli maraqlarını əsas götürməklə ikitərəfli və çoxtərəfli müstəqil siyasət yürüdür. Azərbaycan öz milli maraqlarını əsas götürməklə ikitərəfli və çoxtərəfli müstəqil siyasət yürüdür. Azərbaycan BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Ümumiyyətlə, Azərbaycan bütün qonşu dövlətlərlə və beynəlxalq təşkilatlarla normal və bərabər münasibətlər qurur. Dövlət başçısı İlham Əliyevin düşünülmüş və balanslı siyasəti nəticəsində ölkəmizin Avropanın enerji təchizatında, enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi artmaqdadır. Azərbaycanın Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, NATO, BMT və digər nüfuzlu qurumlarla sıx əməkdaşlıq münasibətləri mövcuddur.
“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması tarixi əhəmiyyətli sənəddir. Qeyd etmək lazımdır ki, qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində işlərə çoxdan başlanılmışdı. Prezident İlham Əliyev hələ Yeni il münasibətilə xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Bu baxımdan da qeyd etmək olar ki, belə bir sənədə daxil edilən məsələlərlə bağlı müəyyən işlər görülmüşdü. Bəyannamə olduqca genişdir - 40-dan çox bənd var və iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edir. Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan bu sənədin ölkələrimiz üçün, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün müsbət əhəmiyyət verəcəkdir.
İki dövlət arasındakı münasibətlər qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Bu gün strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq və qonşuluq münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim çox sıx iqtisadi, ticari münasibətlərimiz var. Ticarət, nəqliyyat, energetika, humanitar sahə, turizm, innovasiyalar və gənclər siyasətini əhatə edən yol xəritəsi çərçivəsində proqram həyata keçirilir. Həcmi milyard dollarlarla ölçülən qarşılıqlı investisiyalar həyata keçirilir. Eyni zamanda, Rusiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərir. İldən-ilə ticarət dövriyyəsi artırılır, qarşılıqlı sərmayə qoyuluşu məsələləri hər zaman gündəmdədir.
Dünyada geosiyasi proseslərin sürətlə bir-birini əvəz etdiyi, dünyanın mühüm dəyişikliklərdən keçdiyi bir vaxtda sənədin xüsusi əhəmiyyəti var. Bu Bəyannaməyə görə hər iki ölkə müttəfiqlik fəaliyyəti bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə, dövlət suverenliyinə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, qarşılıqlı fayda, bir-birinin daxili işinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurur.
Rusiya ilə Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.
Bakıxanov qəsəbəsi, 80 №-li tam orta məktəbin
direktoru Təranə Müzəffərova