Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Heydər Əliyev Meydanının açılışı olub. Mərkəzində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılmış meydanın azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşməsi, ərazisinin tamamilə yenidən qurulması, sakinlərin istirahəti üçün hər cür şəraitin yaradılması,küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.
Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşıb, daim qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm verib. Heydər Əliyev hələ Azərbaycan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən Özbəkistan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışan Şərəf Rəşidovla sıx dostluq əlaqələri də olub. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 80-ci illərinin ortalarından keçmiş İttifaq ölkələrində başladılan milli ayrı-seçkilik hadisələrinə etirazı, eləcə də Siyasi Büro üzvülüyünə namizəd özbək rəhbər Şərəf Rəşidovun mübarizəsinə dəstək verməsi də heç kəsə sirr deyildir. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da Ulu Öndər Heydər Əliyev Özbəkistanla əlaqələrə mühüm önəm verib. Məhz Ulu Öndər Heydər Əliyevin verdiyi bu önəmin nəticəsi olaraq 1996-cı ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb Həmçinin, Ulu öndər Heydər Əliyevin Türkdilli Dövlətlər Başçılarının IV Forumunda, Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etməsi, Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru diplomu ilə təltif olunması da özbək xalqının Ümummilli Liderimizə olan xüsusi münasibətinin göstəricisi olub. Məhz bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana hal hazırkı səfəri mühüm əhəmiyyət daşıyır. Səfərin əhəmiyyətini artıran digər bir məsələ isə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsidir. Hələ 1997-ci ildə ulu öndər Heydər Əliyev Özbəkistana səfər etmiş, bir sıra mühüm sənədlərin imzalanmasına nail olmuşdu. Heç şübhəsiz ki, Daşkənddə Heydər Əliyev Meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Şübhəsizdir ki, ölkə başçısı Cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində iki ölkə arasında olan dost-qardaş münasibətləri daha da dərinləşəcək və bundan hər iki xalq faydalanacaqdır.
Sabunçu rayonu, 68 №-li tam orta məktəbin
Direktor müavini Asiman Paşayev