Rusiya ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə çox dinamik inkişaf edir. Göründüyü kimi, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə, ərazi bütövlüyünün tanınmasına əsaslanır. Bu əlaqələrin qurulmasında, yüksələn xətlə inkişafında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin xüsusi səyləri danılmazdır. Xatırladaq ki, ötən illər ərzində Azərbaycan Rusiyanın strateji tərəfdaşına çevrilib. Hazırda Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında möhkəm dostluq əlaqələri mövcuddur. Bu əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsir göstərir.
Rusiya ilə Azərbaycan arasında mədəni irsin qorunub saxlanılması məsələsi də daim diqqət mərkəzində saxlanılıb. Məsələn, son 30 il ərzində Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində knyaz Vladimirə abidə ucaldılıb, Azərbaycanda, demək olar, bütün pravoslav kilsələri bərpa edilib. Dövlət vəsaiti hesabına Pravoslav Dini-Mədəniyyət Mərkəzi tikilib. Müqəddəs Mirodaşıyan Zövcələr Kafedral Kilsəsi bərpa edilib. Bütün bunlar isə iki ölkə arasında mövcud əlaqələrin səviyyəsi ilə yanaşı, həm də Azərbaycanda hökm sürən tolerantlıq və qarşılıqlı etimada söykənən mədəni əməkdaşlıq mühitindən xəbər verir. Azərbaycanla Rusiya arasında ortaq dil, təhsil və mədəniyyət məkanının möhkəmlənməsinə mühüm önəm verilir. Humanitar sahədə qarşılıqlı əlaqələr prioritet olaraq inkişaf etdirilir. Faktlara nəzər salaq: Hazırda Bakıda rus dilində xeyli qəzet və jurnal nəşr olunur, çoxlu sayda rus dilində məktəb var, 15 minə yaxın Azərbaycan vətəndaşı Rusiyada təhsil alır. 2010-cu ildən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. 2015-ci il sentyabrın 15-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışı olub. Bu illər ərzində iki ölkə arasında qazanılan böyük uğurlar nikbinlik və əminlik yaradır ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etdirilməsi xalqlarımızın köklü maraqlarının və amallarının reallaşmasına, hər iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaradacaq, Cənubi Qafqazda, habelə onun hüdudlarından kənarda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə müştərək töhfə olacaq.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova