Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlararası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Cənab Prezident İlham Əliyevin növbəti təntənəli gələbəsidir.BMT-nin iqlim dəyişikliyi üzrə 29-cu konfransına ev sahibliyi etmək çox əhəmiyyətli və qürur duyulacaq bir hadisədir. Nüfuzlu tədbirə hazırlıq çərçivəsində dövlətimiz BMT-nin Mühafizə və Təhlükəsizlik Departamenti ilə əməkdaşlıq edərək hər bir detal beynəlxalq standartlara uyğun şəkildə təmin olunur. Cop29 -un vətənimizdə keçirilməsi iqtisadiyyata, ətraf mühit və biomüxtəlifliyin qorunmasına müsbət təsir edərək iqlim dəyişikliklərinə səbəb olan təsirlərin azaldılmasına xidmət edəcək. Bu baxımdan Azərbaycanda 2024-cü ilin "Yaşıl Dünya naminə həmrəylik ili" elan edilməsi də təsadüfi deyil. Azərbaycanın təmiz ətraf mühitə və yaşıl inkişafa sadiqliyi onun milli prioritetlərinin başında dayanır. Respublikamız bərpa olunan enerji sahəsində inkişaf etmək məqsədilə günəş və külək enerjisindən istifadəyə böyük önəm verir, yaşıl enerji istehsalını artırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin işğaldan azad olunmuş ərazilərini də məhz "Yaşıl enerji" zonası elan etmişdir və 2050-ci ilə qədər həmin ərazilərin "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulub.
Qeyd etməliyəm ki,Cop29 tədbirinin əhəmiyyəti təkcə ekoloji məsələlərlə məhdudlaşmır. İlk növbədə dünya əhəmiyyətli bu tədbirin məhz Bakıda keçirilməsi ölkəmizin dünya miqyasında təhlükəsiz ölkə kimi tanınmağından xəbər verir. Prezidentimizin həyata keçirdiyi səmərəli xarici siyasətin nəticəsində dövlətimizin beynəlxalq arenada nüfuzu daha da güclənmişdir. 190-dan çox ölkənin dövlət və hökümət rəsmilərinin qatılacağı tədbirin siyasi əhəmiyyəti də ölkəmiz üçün vacib əhəmiyyət daşıyır. Digər tərəfdən Cop29-u həmçinin ölkəmizi beynəlxalq aləmdə tanıtmaq üçün əsas fürsət kimi də dəyərləndirə bilərik. Bu tədbirlərin ölkəmizdə ekoloji turizmin inkişafına da təkan verəcəyi gözləniləndir.
Cop29 tədbirlər çərçivəsində ətraf mühitin çirklənməsi, meşələrin qırılması, ekosistemdə tarazlığın pozulması, qlobal istiləşmə, dəniz suyunun turşuluğunun artması nəticəsində sualtı aləmin zərər görməsi və s. kimi ekoloji problemlərin insan sağlamlığına, eləcə də planetimizə vurduğu zərərlər barədə insanları maarifləndirmək məqsədilə müxtəlif maraqlı və interaktiv flaşmoblar, rəsm sərgiləri təşkil olunur.
İqlim böhranı qorxulu səslənsə də həlli yolu bu mövzuda maariflənərək, təbiətə qarşı məsuliyyətimizi artıraraq kollektiv şəkildə yaşıl bir gələcəyə doğru addımlar atmaqdan keçir. Daha dayanıqlı gələcək üçün birlikdə təşəbbüs göstərərək iqlim dəyişiklikləri ilə mübarizədə vacib nəticələr əldə edəcəyik. Təbii ekosistemin qorunması davamlı və parlaq gələcək üçün əhəmiyyətli rol oynayır. Ətraf mühitin gələcək nəsillər üçün mühafizəsində fəal iştirak etmək hər birimizin vətəndaşlıq borcudur.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Günel Hüseynova