Son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz bir çox uğurlara imza atmışdır. Bu uğurlardan biri də dekabrın 15-də baş tutmuşdur. Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrasının 29-cu sessiyasının COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Dövlət başçısı müşavirədə çıxış etdi.
COP29 Beynəlxalq konfrans Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə etimad göstərilmişdir. Biz buna layiqik. Biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqeyə sahib olmuşuq.
Bu hadisənin önəmi ondadır ki,bu qərar antiterror əməliyyatından 2 ay yarım sonra qəbul olunmuşdur. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə qəbul olunmuşdur. Yəni,burada yekdil mövqe olduğu özünü bir daha göstərdi. Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Amma bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində işğalçılara qarşı antoterror əməliyyat keçirərək beynəlxalq hüququn aliliyini özü təmin etmişdir.
İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə kimi bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük uğurla keçirmişik. Hətta Avropa oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və təqribə 3 min qonaq gəlmişdi. Ancaq təbii ki, COP29 bu vaxta kimi keçirilmiş tədbirlərlə müqayisə edilə bilməz. COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.
COP29 dünyada ən mötəbər tədbirlərdən biridir.Ona görə biz dərhal bütün hazırlıq işlərinə başlamalıyıq. Mən inanıram ki,bu konfransı biz yüksək səviyyədə keçirəcəyik,bu,ölkəmizin növbəti uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir. Və dünyada hər kəs bir daha görəcək ki,bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Məleykə Əkbərova