Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un növbəti il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
Bütün dünya ölkələrinin bu qərarı qəbul etməsi və COP29 beynəlxalq konfransının Bakıda keçirilməsi, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, uğurlu siyasətinin, prinsipial mövqeyinin nəticəsidir.
Ölkə başçısım müşavirədə çıxış edib. Prezident İlham Əliyev bu möhtəşəm və beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsinin önəmini vurğulayıb, dünya miqyasında nə qədər güclü mövqe tutduğumuzun bir göstəricisi olduğunu söyləmişdir.
Düzdür, antiteror əməliyyatlarından sonra bəzi ölkələr Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bu ittihamların hec bir əsası yoxdur. Çünki Azərbaycan işğalçılara qarşı humanitar normalara riayət edərək mübarizə aparmış və öz ərazi bütövlüyünü özü təmin etmidir. Təbii ki, Qərb ölkələri içərisində hər zamankı kimi Fransa bununla razılaşmaq fikrində deyil, lakin Azərbaycanın yeritdiyi düzgün siyasət onları buna məcbur qoyacaqdır.
Belə irimiqyaslı beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi, üzərimizə böyük məsuliyyət qoyasa da, hər zaman bunun öhdəsindən lazımi səviyyədə gəlmişik. Lakin, COP29 bu vaxta qədər keçirilən tədbirlərlə müqayisəyəyə gəlməyəcək qədər böyük bir tədbirdir. Xatırladaq ki, Avropa oyunları zamanı ölkəmizə 5 min idmançı və 3 min qonaq gəlmişdir. Ancaq, COP29- da 1- minlərlə xarici nümayəndənin ölkəmizə gələcək və bu müddət ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkdir. Ehtimal olunur ki, 70-80 min xarici qonaq bu zamanda ölkəmizdə olacaqdır.
Konfransın keçirilməsinə 11 ayadan az vaxtımız var. Əminik ki, bütün beynəlxalq tədbirlər kimi bu tədbir də öz möhtəşəmliyi ilə yadda qalacaq və ölkəmiz bunun öhdəsindən uğurla gələcəkdir.
Prezident İlham Əliyev – “Mən şübhə etmirəm ki, COP29 konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu ölkəmizin , xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha göröəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarına nəqli hazırda bizim enerji siyasətimizin priotetidir. Bu reallıqdır və bütün dünya bunu bir daha görəcək.”
Bakıxanov qəsəbəsi, 96 №-li tam orta məktəbin
Coğrafiya müəllimi Aytən Məmmədova