Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. Bu tədbir iştirakçı sayına və miqyasına" görə, həm də COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi “ən böyük tədbir” kimi planlanıb. COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur.
BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri rəsmi Bakı hazırlıq işlərinə çox da vaxt qalmadığından işlərə start verib.
İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər. COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.
Cənab Prezidentimizin də dediyi kimi : “Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər;”
23 aprel tarixində keçirilən forumdan sonra “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar. Sonra xarici ekspertlər Zəngilan Beynəlxalq Hava limanına yola düşüb.
Biz gücümüzü və nəyə qadir olduğumuzu bir daha dünyaya nümayiş etdirəcəyik.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
müəllimi Nəzakət Əzizzadə