1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonu 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 1994-cü ilin yanvarında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası silahlı qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin komandanlığı ilə Azərbaycan Ordusu tərəfindən 27.09.2020-ci il tarixindən başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan etdi.
Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. Prezident İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırıb.
2023-cü ilin iyulunda Prezident İlham Əliyev oktyabrın 17-ni Füzuli şəhərinin günü kimi təsis edib və onun hər il təntənəli şəkildə qeyd edilməsi haqqında qərar qəbul edib. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğaldan edilməsi tarixi ilə bağlıdır.
Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medal təsis olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
fizika müəllimi Afaq Nəbiyeva