17.10.2020-ci il - Bu gün də havadan azadlıq qoxusu gəlirdi, Füzuli şəhərinin azadlığının qoxusu. Hər gün qulağımız səsdə, Vətən həsrətiylə fatehlərimizin yeni qələbələrini gözləyirdik. Nəhayət Füzuli şəhəri də igidlərimizin cəsarətilə ,qanları bahasına azad olundu . Ürəklərimiz dağa döndü, Qarabağ boyda dağa!
Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəni 1930-cu ildən adı “Qaryagin”ə dəyişdirilsə də 1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə Füzuli rayonu adını almışdır. Rayonun ərazisi 1386 kvadrat kilometr, əhalisi isə 105 min nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.
Ermənistanın təxribatlarına cavab olaraq prezident cənab İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri, 62 yaşayış məntəqəsi şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Füzuli mühüm strateji ərazi hesab olunurdu. Hətta ən tanınmış hərbi mütəxəssislər belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq, çünki 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Elə ona görə də uğurlu Füzuli əməliyyatı sayəsində Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri də Azərbaycan Ordusu tərəfindən azad edildi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Həmçinin Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Cari ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər etmişdir. Bu səfərlər çərçivəsində, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, “Füzuli” yarımstansiyasının açılışı oldu.
Şəhərin adını daşıdığı şairimiz Füzuli həmişə qəzəllərində insana olan məhəbbəti tərənnüm edərək bildirirdi ki, insan yaranmışların ən şərəflisi və qüdrətlisi olduğu üçün azadlığa və firavan yaşamağa layiqdir. İnsan ona görə sevilməlidir ki, o, ədalət mülkünün sultanıdır, ədalətin ilkin daşıyıcısı və qoruyucusudur.
Biz ədaləti kənarda çox axtardıq. Ən adili isə Azərbaycan ordusu ,Azərbaycan əsgəri oldu! Bu Vətən sizləri heç zaman unutmayacaq!
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
kimya müəllimi Könül Məmmədova