Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür

Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür

Davos Dünya İqtisadi Forumunun 56-cı illik toplantısındakı müzakirələrdə müasir dünyanın çağırışlarına,eləcə də 2026-cı il üçün beş müəyyənedici suala münasibətdə qlobal və regional kontekstlərdə mesajlar verilməyə başlayıb.Həmin mesajlar arasında Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə səslənən məsələlər də xüsusi yer tutur. Bu müsahibədə toxunulan məsələlər və verilən mesajlar sürətlə dəyişən və proqnozlaşdırılması mümkün olmayan yeni dünya düzənində Azərbaycanın yeri və rolu, qlobal və regional kontekstdə gözləntilər, eləcə bir sıra məqamlarına görə Davos Forumunda müzakirələrdə 2026-cı il üçün beş müəyyənedici sual kontekstində də diqqətçəkəndir.
Prezident İlham Əliyev müsahibədə öncə Azərbaycanın ərazi bütövlüyünün bərpası və suvernliyinin təmin etməsinə münasibətdə bir daha nəzərə çatdırıb ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüququn tanıdığı legitim haqlar əsasında beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun reallaşdırıb. Prezident son vaxtlar beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərdən danışarkən xüsusi vurğulayıb ki, yeni eraya qədəm qoyan beynəlxalq münasibətlərin bugünkü vəziyyətini qanunun aliliyi deyil, güc qaydası idarə edir. Bu, “bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.”


Ramana qəsəbəsi, 337 nömrəli tam orta ümumtəhsil
məktəbinin fizika müəllimi Əminə Kərimova

Oxşar xəbərlər