Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
Qeyd edim ki, Füzuli rayonuna gedən yolun ətrafında bir vaxtlar həyat qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə-yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. Bunlar ermənilərin əməllərinin nəticəsidir.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Füzuli rayonunun bir hissəsi, 1994-cü ildə Horadiz əməliyyatı zamanı işğaldan azad edilir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 24 kənd vardır. Qəsəbələrdən 12-si ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr-da Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr-da Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr-da da Arış kəndi işğaldan azad edilib. Və nəticədə Füzuli rayonu tam azad olunmuşdur.
Füzuli əməliyyatı- Azərbaycan ordusunun ll Qarabağ müharibəsində cənub- şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
Bu əməliyyat - 2020-ci ilin 27 sentyabrdan başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlərdən biridir.
Məhz bu tarixdə Füzuli rayonun Alxanlı, Şükürbəyli ,Horadiz, Əhmədalılar,Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonun Cocuqmərcanlı kəndi Erməni Silahları Qüvvələri tərəfindən saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub. Mülki infrastruktur obyektlerinə ciddi ziyan dəyib.
Buna baxmayaraq, şanlı Azərbaycan ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir.
Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket–artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan Silahlı Qüvvələrinin xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir.
Qəhrəman Azərbaycan ordusunun əzmi və şücaəti nəticəsində bir çox ərazilərimiz o cümlədən Füzuli rayonunun işğal altında olan bir çox kəndləri Erməni qəsbkarlarından təmizlənmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 17 oktyabr 2020-ci ildə Füzulinin kəndləri və Füzuli şəhəri işğaldan azad olunur.
Bu parlaq qələbə, şübhəsiz ki, cənab prezidentin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsi idi.
Dövlətimizin başçısı və birinci xanım işğaldan azad olunmuş Füzuli şəhərinə gəldilər.
Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
müəllimi Sevil Hüseynova