Azərbaycan uzun illər müharibə və işğal yaşamış ölkə olduğu üçün sülhün dəyərini yaxşı anlayır

Azərbaycan uzun illər müharibə və işğal yaşamış ölkə olduğu üçün sülhün dəyərini yaxşı anlayır
2026-cı il 20 yanvar tarixində, Dünya İqtisadi Forumu üçün toplaşmış beynəlxalq liderlər arasında Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Müsahibə Davosda keçirilmiş və dövlət başçısı qlobal siyasi, iqtisadi və regional məsələlərə dair əsas mövqelərini bəyan etmişdir.
Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, mövcud beynəlxalq münasibətlər sistemi fundamental dəyişiklik dövründən keçir. Onun sözlərinə görə, bu yeni mərhələdə qanunun aliliyi deyil, güc siyasəti daha çox rol oynayır və hər bir ölkə öz strategiyasını öz potensialına uyğunlaşdırmalıdır. Bu yanaşma, dövlət başçısı üçün milli maraqların qorunması və müstəqil siyasətin həyata keçirilməsi baxımından əsas amildir.
Prezident regionda sabitliyin əhəmiyyətini xüsusi vurğulayıb. O, bildirib ki, Azərbaycan öz daxilində potensial risklərə malik deyil, lakin qonşuluqda, xüsusilə İranda qeyri-sabitliyin artması qəbuledilməzdir. Dövlət başçısı qeyd edib ki, sülh və sabitlik bütün ölkələr üçün əsas uğur amilidir, çünki Azərbaycan uzun müddət müharibə və işğal nəticəsində ağır travmalar yaşamışdır.
Prezident müsahibədə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin təkcə sülhə deyil, əməkdaşlığa doğru dəyişdiyini də vurğulayıb. O bildirib ki, Azərbaycan artıq Ermənistana neft məhsulları və digər əsas malların tədarükünü həyata keçirir, bu addım isə uzun müddətli sülhə doğru addımdır.
Müsahibədə Prezident Azərbaycanın enerji potensialı və ixrac imkanlarına dair açıqlamalar da verib. O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda enerji resursları ixrac edən yeganə ölkədir və onun qazı artıq 16 ölkəyə, o cümlədən 10-u Avropa İttifaqı üzvü olmaqla ixrac olunur. Bu, Azərbaycanın regional enerji təhlükəsizliyində və Avropa bazarlarında əhəmiyyətli rolunu göstərir.
Cənab Prezident İlham Əliyev öz çıxışında onuda qeyd etdi ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi artıq sirr deyil. Bu mövqe müəyyən lobbi qruplarının təsiri ilə formalaşır. Biz artıq uzun müddətdir ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı dayandırmışıq və onların əsassız ittihamlarına reaksiya vermirik. Bununla belə, Avropa Komissiyası ilə əməkdaşlığımız davam edir və bu bizim üçün kifayətdir. Avropa Parlamentinin özünü belə bir vəziyyətə salması, faktlara əsaslanmayan ittihamlar səsləndirməsi doğru yanaşma deyil.
Prezident lham Əliyev öz çıxışında vurğuladı ki, Azərbaycanın daxilində ciddi təhlükə yoxdur. Amma regionda sabitlik çox vacibdir. Azərbaycan uzun illər müharibə və işğallar yaşamış ölkədir. Buna görə sülh, təhlükəsizlik və sabitlik bizim üçün çox önəmlidir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan regionda sülh istəyir. Ermənistanla münasibətlər tədricən yaxşılaşır və əməkdaşlıq imkanları yaranır. Bu, gələcəkdə bölgədə davamlı sülhün yaranmasına kömək edə bilər.
Azərbaycan uzun illər müharibə və işğal yaşamış ölkə olduğu üçün sülhün dəyərini yaxşı anlayır. Minlərlə insan həyatını itirib və bu təcrübə göstərib ki, münaqişələr heç bir ölkəyə fayda vermir. Buna görə Azərbaycan regionda sülh, əməkdaşlıq və qarşılıqlı hörmət tərəfdarıdır.
Eyni zamanda Azərbaycan beynəlxalq hüquqa əsaslanan siyasət aparır və problemlərin dialoq yolu ilə həllini dəstəkləyir. Ölkəmiz regional təhlükəsizliyin möhkəmlənməsi üçün enerji, nəqliyyat və iqtisadi layihələrdə fəal iştirak edir. Azərbaycanın regional təhlükəsizlik mövqeyi sülhə, sabitliyə və əməkdaşlığa əsaslanır. Ölkə müharibə deyil, təhlükəsiz və davamlı inkişaf istəyir.
Müsahibədə Cənab Prezident İlham Əliyev Azərbaycanın sülhsevər siyasətini, müstəqil mövqeyini və dünyada artan rolunu sadə və aydın şəkildə izah edib.
Dövlət yalnız sərhədlərlə yox,Liderin, Ali baş Komandanın güclü iradəsi ilə qorunar.Cənab İlham Əliyev Azərbaycan üçün sadəcə prezideent deyil, tarixi məsuliyyət daşıyan dövlətin düşüncəsidir.Xalq olaraq hər zaman Ali baş Komandanın fikirlərini dəstəkləyir, atdığı hər imzada ona inanırıq!


Zabrat qəsəbəsi, 81 nömrəli tam orta məktəbin
Müəllimi Yasəmən İsmayılova

Oxşar xəbərlər