1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu. 2020-ci ilin oktyabrın 17-də Cənab Ali Baş Komandanın rəhbərliyi altında Füzuli şəhərində Azərbaycanın üçrəngli bayrağı qaldırıldı. Düz iyirmi yeddi il idi ki qədim şəhər Füzuli azadlığa qovuşmağını gözləyirdi. İndi isə iki il vaxt keçir bu torpaqların işğaldan azad olunmağından. Füzuli döyüşləri Vətən Müharibəsində cənub-şərq cəbhəsi istiqamətində ən uğurlu əməliyyatlardan biri idi.Azərbaycan əsgəri və Ali Baş Komandan bəlkə aylar tələb edən işğaldan azad etmə planını qısa vaxt ərzində gerçəyə çevirmişdilər. Cənab Prezident İlham Əliyev: Füzuli uğrunda döyüşlər ağır döyüşlər idi.Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğurdan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlər idi. Hərbi ekspertlərin açıqlamalarına görə Füzuli şəhərinin azad olunması hərbi strateji əhəmiyyət kəsb edib. Bu əməliyyat nəticəsində Füzuli şəhəri və daha 7 kənd işğaldan azad olunmuşdu. Rayonun 7 yaşayış məntəqəsi- Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan təmizlənib. Füzuli şəhərinin Ermənistana qarşı 1990-cı illərdə 1100 dən artıq şəhid vermişdir. 1500 dən artıq Füzuli sakini yaralanmış, 155 uşaq valideynlərini itirmişdi.
Ordumuz Füzulini öz əzəli əbədi sahiblərinə qaytarmışdı. Uzun illər məcburi köçkün həyatı yaşayan insanlar artıq işğal gününü yada salmır. Artıq tariximizin şanlı səhifələrində 44 günlük Vətən Müharibəsinin zəfər tarixləri xalqın yaddaşına həkk olunub. Füzuli rayonu digər şəhərlər kimi erməni işğalı zamanı vandalizmə məruz qalmışdır.Qədim tarixi abidələrə malik olan Füzuli şəhəri tamamilə dağıdılmışdır. İndi isə Füzuli şəhəri yeni tarixi mərhələyə qədəm qoyur.26 oktyabr 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanının Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi ilə hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olmuşdur. Bu günləri bizlərə yaşadan Azərbaycan Əsgəri və Ali Baş Komandana sonsuz təşəkkürlərimizi bildiririk. Allah Şəhidlərimizə rəhmət eləsin.
Bakıxanov qəsəbəsi, 74 nömrəli məktəbin
İbtidai sinif müəllimi Aysel Hüseynova