Biz öz ərazi bütövlüyümüzü beynəlxalq hüquq normalarına uyğun olaraq azad etdik

Biz öz ərazi bütövlüyümüzü beynəlxalq hüquq normalarına uyğun olaraq  azad etdik Cənab Prezident çıxışında ilkin olaraq, Beynəlxalq hüquq normalarının bütün dünya ictimaiyyəti üçün eyni olmadığına toxundu. Buna görə də milli maraqlara əsaslanaraq və beynəlxalq hüquq normalarına riayət edərək siyasət həyata keçirdiyimizi qeyd etdi. Yəni düzgün hesab etdiyimiz yolla gedirik. Suverenliyimizin,ərazi bütövlüyümüzün bərpası buna sübutdur. Biz öz ərazi bütövlüyümüzü beynəlxalq hüquq normalarına uyğun olaraq azad etdik, tam sivil yolla haqqımız olanı geri aldıq.
Cənab Prezidentimiz otuz ildən artıq müddətdə qan tökülməsinə son qoyduğumuzu, indi artıq sülh şəraitinə qədəm qoyduğumuzu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Altı aydır ki, sülh şəraitinəyik, sərhədlərimizdə silah səsi gəlmir.Bu gün Azərbaycan, həmçinin Cənubi Qafqaz yeni bir dövrə qədəm qoyub. Bu da Azərbaycan dövlətinin müstəqil sülh ,müstəqil iqtisadi siyasətinin nəticəsindədir.Çünki Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Qafqazda sülhün təminatçısıdır.
Azərbaycan həm öz iqtisadiyyatını,həm də qonşu dövlətlərin iqtisadiyyatını gücləndirir.Bütün logistik yolların və enerji dayaqlarının Azərbaycandan keçməsi buna sübutdur. Otuz il bizimlə düşmənçilik edən Ermənisanın Qazaxıstandan gələn taxıl təminatının Azərbaycandan keçməsi, eyni zamanda bizim vasitəmizlə Ermənistanın benzinlə təmin olunmasını misal çəkmək olar.
Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına malik yeganə ölkədir və Avropaya da neft və qaz ixrac edən ölkədir. Deməli, Avropanın da enerji ilə təmin edən etibarlı əməkdaşlığa malikik. Artıq Avropada 16 ölkəyə təbii qaz ixrac edirik.
Bütün bunlarla yanaşı Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası bizə qarşı mövqe tutur. Lakin buna baxmayaraq,ötən ilin avqust ayında Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Biz öz mövqeyimizdə hər zaman sabitik.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva

Oxşar xəbərlər