2022-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstana dövlət səfəri etmişdir.
Görüş zamanı 2 ölkənin prezidentləri arasında nəzərə çatdırıldı ki, artıq yarım ildir Azərbaycan və Qırğızısıntan rəsmi şəkildə strateji tərəfdaşlardır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxış edərək bildirmişdir.
Bu gün Türk dünyası yeni potensial əldə edir. Həm Azərbaycan, həm də Qırğızıstab türkdilli dövlər arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə fəal töhfə verirlər.
Tarixi keçmişimizə nəzər salsaq baxıb görərik ki, hər 2 xalq qədim tarixə malikdir. Qırğız xalqının qədim 100 illik tarixini əks etdirən “Manas” dastanı və Azərbaycan Oğuz Yurdunun tarixi eposu olan “Kitabi Dədə Qorqud” buna tarixi misaldır.
Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi H.Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək.
İki qardaş türk xalqı arasında mədəni əməkdaşlığın növbəti addımı Şuşa şəhərinin Qırğızıstan şəhərləri ilə qardaşlaşması ola bilər.
Bu əməkdaşlıq ümid edirik ki, 2 qardaş türk xalqı arasında daima inkişaf edəcək. Şəhərlərimizin qardaşlaşması mədəni əlaqələrimizin inkişafına təkan verəcək, türk dünyası ölkələri arasında inteqrasiyanın sürətlənməsinə səbəb olacaq.
Bu gün artıq deyə bilərik ki, bu əməkdaşlıq formatı, Azərbaycanın və eləcə də bütün Xəzəryanı ölkələrin və Türk dünyasının inkişafına böyük töhfə verəcəkdir.
Ramana qəsəbəsi, 198 nömrəli məktəbin
tarix müəllimi Xırdaxanım Hüseynova