Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Qırğız Respublikasına ilk rəsmi dövlət səfəri çox məhsuldar keçdi. Səfər günlərində olduğu kimi, səfərsonrasında Qırğızıstan və Azərbaycan KİV-ləri bu önəmli hadisə haqqında yazır, səfərin müxtəlif yönlərini işıqlandırır. Daha da yazılacaq, təbii. Bu çox xoşdur, qardaş ölkələrimizin aydınlarını sevindirən, düşünən insanlarımızın, ümumən xalqlarımızın könlünü şad edən tarixi hadisədir.
Azərbaycan Prezidentinin Qırğızıstana ilk səfəri, yüksək qonaqpərvərlik, ehtiramlı qarşılanma, zəngin proqram bütün Türk dünyasına fərəh bəxş edir. Eyni soykökə, mədəniyyətə, qədim tarixi ənənələrə malik olan Azərbaycan-Qırğızıstan münasibətləri bu gün yüksələn xətlə inkişaf edir. Keyfiyyətcə yeni səviyyəyə çatan Azərbaycan-Qırğızıstan münasibətləri ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq və dostluq əsasında qurulub. Artıq strateji tərəfdaş olan Azərbaycan və Qırğızıstan yeni hədəflərə doğru birgə addımlayır.
Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb. Ötən illər ərzində hər iki ölkə qarşılıqlı və Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət göstəriblər. Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırıb. Səfər müddətində imzalanan sənədlər, ümumən zəngin proqram, Bişkekdə verilən ismarıclar Azərbaycan - Qırğızıstan münasibətlərinin mövcud səviyyəsini, xəlqi mahiyyətini, Türk dünyasına bəxş etdiyi imkanları, Avrasiyada barışa, işbirliyinə qatqılarını parlaq şəkildə ifadə edir. Bu ilki iki dövlət səfərində imzalanmış sənədlərin məcmusu, demək olar, bütun əsas sahələri kamil şəkildə əhatə edir. Heç şübhəsizdir bu sənədlərin imzalanması Türk dünyasının inkişafına öz əvəzsiz töhvəsini verəcəkdir.
Sabunçu qəsəbəsi, 68 №-li tam orta məktəbin
Direktoru Nazəni Məmmədova