Türk dünyası-Bu ifadənin özündə bir tarix, keçmişə bağlılıq və əsrin reallığı dayanır. Zaman-zaman xalqlarımızı bir-birindən uzaqlaşdıran, türk birliyinə, onun varlığına maneə olan siyasi reallıqlar olsada, türk dünyası, türkçülük hər zaman xalqımızın zehnində, düşüncəsində və qəlbində yaşamışdır. Bu üzdən də bu gün ölkəmiz,Türk dünyasının vuran ürəyi, türk birliyinin çarçısı və ideya müəlliflərindən biridir.
Vaxtilə Ülü Öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, müasir Azərbaycan dövlətinin quruculuğunda və eyni zamanda paralel olaraq Türk birliyinin möhkəmlənib inkişaf etməsinə xidmət edən bir çox vacib addımlar atmışdır. Ulu Öndər bu istiqamətdə Sovetlər Birliyinin süqutundan sonra müstəqillik əldə etmiş digər türk dövlətlərinin birliyinin yaranmasında Türkiyə dövləti ilə bərabər addım ataraq bu günümüzə gəlib çatan böyük türk xalqlarının mədəni, iqtisadi əlaqələrinin təməlini qoymuşdur....VƏ nəhayət XXI əsrin Azərbaycanı! O Azərbaycan ki, bu gün regionda söz sahibi, iqtisadi yüksəliş, sülh və əmin-amanlığın çarçısıdır... O Azərbaycan ki, 30 ildən artıq bir işğala, gözü yollarda qalan torpaqlarımızı 44 günlük savaşla son qoydu... O Azərbaycan ki, onun dəmir iradəli, humanist və qətiyyətli İlham Əliyev kimi bir lideri var!
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan liderinin türk dünyasında, Türk xalqlarının yeni inkişaf strategiyasının qurulmasında xüsusi xidmətləri vardır. Məhz bu xidmətlərin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib. Ali Orden Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.
Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.
Bu cümlələrdə, xüsusilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə-ifadəsi bir daha ölkəmizin rəhbərinin türk birliyinə verdiyi böyük önəm vurğulanır. Və bu birliyin daha da irəli addımlar atması üçün aprelin 20-də isə Türk dünyasının paytaxtlarından biri-Bakı Qırğızıstan Prezidenti Sadır Japarovun səfərinə şahidlik etdi. Cənab Japarov Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü dünyanın diqqətindən yayınmadı. Vaxtilə "Manas" dastanının 1000 illik yubileyi ilə bağlı Bişkekdə səfərdə olan Ümummilli lider Heydər Əliyev Qırğısıstanı Türk ruhunu özündə qoruyan qardaş ölkə” adlandıraraq, "Dinimiz bir, dilimiz bir, kökümüz də birdir" demişdir. Bu gün Japarovun səfərinin də məhz bu hədəflərə hesablanması şübhəsizdir. Qırğız Respublikasının Prezidenti Sadır Japarov məlum görüşdən sonra Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışı zamanı konkret hədəfləri açıqladı:
- Bu gün biz Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. İndicə müvafiq Bəyannaməni imzaladıq. Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq. Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı".
Beləliklə, Azərbaycan-Qırğızıstan münasibətlərindəki inkişafı regiondakı mövcud münaqişədən irəli gələn yeni tranzit imkanlarının genişlənməsi kimi əsas şərt olaraq qəbul etmək kifayət etməzdi. Eyni zamanda, Qırğızıstan Azərbaycan münasibətlərinin strateji əhəmiyyətini həm də onunla əlaqələndirmək olar ki, türk dünyası dövlətləri arasındakı bağlılıq daha da intensivləşər, Qırğızıstanın Azərbaycan vasitəsilə qərbə inteqrasiyasında yeni imkanlar yaranar, Türkiyə-Azərbaycan tandeminin Orta Asiyada geosiyasi və geoiqtisadi maraqlarının təmin olunmasına zəmin yaratmış olar.
Nardaran qəsəbəsi, 130 saylı tam orta məktəbin
direktoru Samirə Əliyeva