Dövlət başçısının Qırğızıstan səfəri Türk dünyasına yeni nəfəs gətirəcək

Dövlət başçısının Qırğızıstan səfəri Türk dünyasına yeni nəfəs gətirəcək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri dünya siyasi arenasında daha çox müzakirəyə səbəb olub. Səfər oktyabrın 12-də başa çatsada müzakirələr davam edir və eyni zamanda Azərbaycan-Qırğızıstan münasibətlərinin digər tərəfi türk Birliyinə atılan addımlar sırasına da daxil edilir.Bu möhtəşəm yanaşmanın və Azərbaycan prezidentinin Qırğızıstan Respublikasında qarşılanmasından tutmuş qardaşlıq münasibətləri, keçmişdən bu günümüzə qalan tarixi bağlılıqdır.Bütün siyasi ekspertlər bu alanda mövqelərini sərgiləməkdədir.
Dövlət başçısının Qırğızıstana səfərinin həm də bir çox mühüm görüş və ikitərəfli sənədlərin imzalanması ilə yadda qaldı.
Bu səfərlərlə iki dost və qardaş ölkə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoydu.
Qırğızıstan Prezidenti Sadır Japarovun bu il aprelin 19-20-də Bakıya rəsmi səfəri iki ölkənin qarşılıqlı münasibətlərini qarşılıqlı fəaliyyətin strateji tərəfdaşlıq kimi daha yüksək səviyyəsinə çıxarmış, dövlət başçıları müvafiq Bəyannamə imzalamışdılar. Bundan başqa, Qırğızıstan tərəfinin təklifi ilə hər iki ölkə prezidentlərinin daimi nəzarəti altında dövlət orqanlarının qarşılıqlı fəaliyyətini inkişaf etdirməyə imkan verən nadir mexanizm – dövlət başçılarının Dövlətlərarası Şurasının yaradılması barədə Memorandum imzalanmışdır.
Bu dostluq münasibətlərinin qurulması şübhəsiz, bizim hər iki dövlət üçün olduqca əhəmiyyətli və mühümdür. Buna görə də qardaş dövlətin Prezidentinin birinci dövlət səfərinə belə böyük əhəmiyyət verilir.
Oktyabrın 11-də Bişkekdəki “Ala-Arça” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib. O, 1916-cı il faciəli hadisələri nəticəsində həlak olanların, Stalin repressiyası qurbanlarının abidəsi önünə əklil qoyub, həmçinin dahi Qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsini yad edib.
Sonra Qırğızıstan və Azərbaycan liderləri ikitərəfli danışıqlar aparıb, Birinci Dövlətlərarası Şuranın iclasında iştirak ediblər.
Qırğızıstan-Azərbaycan birgə qarşılıqlı fəaliyyətin artırılmasına istiqamətlənən bir sıra sənədlər, xüsusilə Qırğızıstan Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan hökuməti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş imzalanıb.
Fond Qırğızıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına kömək məqsədilə təsis edilib. Qırğız KİV-ləri qeyd edirlər ki, Fondun yaradılması investisiya sahəsində əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsinə stimul verəcək. Qırğızıstanla Azərbaycan arasında birgə ikitərəfli investisiya fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir. Fondun mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək.
Materiallarda, eyni zamanda, vurğulanır ki, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub. Mərasimdə Qırğızıstan və Azərbaycan prezidentləri iştirak ediblər.
Toplaşanlar qarşısında çıxış edən Prezident Sadır Japarov vurğulayıb ki, parkın açılışı iki ölkə arasında dostluq münasibətlərinin və iki qardaş xalqın təkcə siyasi, iqtisadi əməkdaşlıqda deyil, həm də mədəni-humanitar əməkdaşlıqda tarixi əlaqələrinin parlaq nümunəsidir.
Öz növbəsində Prezident İlham Əliyev qeyd edib ki, bu parkın açılışı rəmzi məna daşıyır. O, belə xoş münasibətə görə Azərbaycan xalqı adından minnətdarlıq ifadə edib.
Qırğızıstan KİV-ləri bu gün iki ölkənin liderlərinin iştirakı ilə Bişkekin 20 saylı Məktəb-Gimnaziya təhsil-təlim kompleksinə Heydər Əliyevin adının verilməsi ilə bağlı təntənəli mərasimin keçirilməsini və Qırğızıstan paytaxtında Nizami Gəncəvi adına məktəbin açılmasını da geniş işıqlandırıb.
Qeyd olunub ki, Heydər Əliyevin “Bizim cəmiyyətin gələcək tərəqqisi bu gün bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən çox asılı olacaq” sözlərini xatırladan Sadır Japarov varisliyi qorumasına, yüksək dostluq, həmrəylik və dəstək tellərinə şəxsi bağlılığına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyevin Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxışı zamanı Türk dünyasının əldə etdiyi yeni potensial, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə verilən töhfə,. keçiriləcək Zirvə Görüşünün iki dövlət arasında həmrəyliyin möhkəmlənməsinə xidmət üçün növbəti daha bir addım olmasını bəyan etmişdir.
Ölkələrin inkişafında humanitar amilin strateji status barədə fikrini ifadə edən prezident müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalı olduğunu vurğulamışdır. Birgə İnvestisiya Fondunun yaradılması barədə qərarın xüsusi əhəmiyyətini də prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın rəsmi şəkildə strateji tərəfdaşlarlığı üçün önəmli amil hesab etmişdir.
Prezidentin çıxışı zamanı son bəyanatında Açıq dənizlərə birbaşa çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaratması,nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmışdır. Eyni zamanda Xəzərin Azərbaycan tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla mövcud olan geniş nəqliyyat infrastrukturlarının Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olan Ələt dəhlizinin potensialının yüksəlməsi proqnozunu mövcud çıxışda geniş əks olunmuşdur.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət daşıyır. Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə vermişdir və verəcəkdir. Son illərdə türkdilli ölkələrin arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatması Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləridir. Bundan əvvəl də Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana səfərləri Orta Asiyada yaşayan türkdilli xalqların Azərbaycana, bütövlükdə türk dünyasına inteqrasiyasını gücləndirən amillərdən biridir.


Nardaran qəsəbəsi, 130 saylı tam orta məktəbin
direktoru Samirə Əliyeva

Oxşar xəbərlər