Türk dünyasına daxil olan müstəqil altı dövlətdən biri də Azərbaycandır. Azərbaycan tarixən həm türk dövlətləri, həm də digər dövlətlər ilə diplomatik əlaqələr saxlamışdır. Bu Türk dövlətləri: Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Azərbaycan vaxtı ilə SSRİ-nin tərkibində olublar, amma neçə il əsarət altında yaşamaqlarına baxmayaraq türk kökünü unutmayıblar. Yəni unutdurmağa çalışsalar da, mümkün olmayıb. Hətta “Türk dünyası” ifadəsi bəzi dövlətlərin qorxusuna səbəb olub. Türkün gücü, birliyi bəzi böyük dövlətləri narahat edib. Çünki bu kökü bir olan dövlətlərin əlaqəsinin daha da yaxınlaşması onların gücünün daha da artması deməkdir. Bu da digər dövlətlərin qısqanclığına səbəb olub. Elə məhz buna görə də biz bir olmalıyıq. Hər zaman bir-birimizə dəstək olmalıyıq. Necə deyərlər :“Türkün türkdən başqa dostu olmaz”. Əlbəttə, müxtəlif kökə sahib olan dövlətlər bir-biriləri ilə yaxın dostluq münasibəti qura bilərlər, amma soykökünün bir olması isə əlaqələrin daha möhkəm olması deməkdir. Azərbaycanın hər zaman qardaş Türkiyə dövləti ilə yaxın əlaqəsi olub. Hər iki dövlət tarixən çətin günlərində bir-birinə dəstək olub. Amma biz bu dəstəyin sırf Azərbaycan, Türkiyə ilə kifayətlənməsini istəmirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu Türk dünyasının əlaqələrinin möhkəmlənməsində böyük rolu vardır. Onun hakimiyyəti dövründə - 2009-cu il 3 oktyabr tarixində Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatı yaranmışdır. Bu təşkilatın əlaqələrin daha da möhkəmlənməsində rolu böyükdür. Buna qədər isə türkdilli ölkələr arasında qurulan ilk təşkilat Beynəlxalq Türk Mədəniyyəti Təşkilatıdır. Bu Türk ölkələrinin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci il 11 oktyabr tarixində Qırğızıstana səfəri strateji əhəmiyyət daşıyır. “Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir”. Bu fikirləri prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib. Həqiqətən də, bu iki dövlət arasındakı əlaqələr türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsində böyük rolu olacaq.
Biz, türk dövlətləri, birlikdə güclüyük və bu gücü bütün dünyaya nümayiş etdirəcəyik.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnar Cəbiyeva