Qarabağın ən dilbər guşələrindən biri də Füzuli rayonudur.Gözəl təbiəti ,fauna və florası daim diqqət mərkəzində olmuşdur. Bu ərazi 1403-cü ildən 1827-ci ilədək Qarabulaq adlı kənd olsa da rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adı verilmiş və şəhər statusu da qazanmışdır.1959-cu ildən dahi şairimiz Məhəmməd Füzulinin şərəfinə Füzuli adlandirilmişdır.Füzuli tarixi abidələr diyarıdır. Burada XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, XIV əsrə aid Mirəli türbəsi vədigər tarixi abidələr mövcuddur.
Füzuli 1993-cü ildə erməni işğalçıları tərəfindən işğal edilmişdir.Lakin rəşadətli Azərbaycan ordusu 1994-cü ildə Horadiz əməliyyatı zamanı rayonunun bir hissəsini işğaldan azad etmişdir. Bildiyimiz kimi dünya tarixində xüsusi yer tutan Azərbaycanın öz gücünü bir daha göstərdiyi “44 günlük” Vətən müharibəsi ərzində ən çətin hərbi əməliyyatlardan biri də Füzuli əməliyyatıdır. Füzuli qəhrəmanları: başda Hərbi Birlik Komandiri Mais Bərxudarov,Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Hikmət Mirzəyev olmaqla 2020-ci il 27 sentyabr-17 oktyabr tarixində Füzulini işğaldan azad etdilər.” Qarabağın şərq qapısı” adlandirilan Füzuli rayonu tezliklə Cənab prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində çiçəklənmişdir.Yeni yaşayiş obyektləri əsaslı formada tikilmiş,abadlıq işləri aparılmışdır.Prezident İlham Əliyev Füzuli şəhərində şanlı bayrağımızı qaldıran zaman öz çıxışında bildirmişdir ki ,”Füzuli erməni vandalizminin canlı şahididir.Füzuli əməliyyatı həm Azərbaycan, həm də dünya hərb tarixi üçün nümunədir.”
Füzuli rayonu “ Qarabağın şərq qapısı” adlanır. Əlverişli coğrafi mövqeyi,münbit torpaq fondu ,su ehtiyyatı dəmir və avtomobil nəqliyyatı yolları qovşağına malik olması bu rayonu təchizat bazasına çevirib. Hal hazırda yenə rayonda quruculuq işləri aparilir. Ən böyük inkişaf dövrü isə Zəngəzur dəhlizinin açılacağı təqdirdə olacaq.
Bununla da o, rəqabət qabiliyyətli nəqliyyat qovşağına çevriləcək. Nəqliyyat sahəsini inkişaf etdirmək üçün, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası da mühüm rol oynayır.Cəmi səkkiz ay ərzində inşa edilən Füzuli beynəlxalq hava limanı xüsusi əhəmiyyət kəsb edir.”Ağıllı kənd “lahiyəsi bu rayonda xüsusi diqqət cəlb edir. Rayonun təbiəti üzümçülük, bağçılıq və digər kənd təsərüfatı sahələrinin işkişafı üçün çox əlverişlidir. Nəinki infrasutruktor eləcə də təhsil sahəsində bərpa işləri davam etdirilir. Gələcəkdə Füzuli Azərbaycanın ən aparıcı, inkişaf etmiş rayonlarından birinə çevriləcək. Qarabağ Azərbaycandır!!!.
Zabrat qəsəbəsi, 71 saylı tam orta məktəbin
tarix müəllimi Səbinə Əmiraslanova