Torpaq - uğrunda ölən varsa Vətəndir deyiblər. Uğrunda minlərlə azərbaycanlının canından keçdiyi torpaqlarımız məhz buna görə bizə bu qədər əzizdir. Bizim üçün yüzlərlə məna ifadə edən, dəyəri heç nə ilə ölçə bilmədiyimiz qədər çox, söz açanda gözlərimizin dolduğu, amma hər sözümüzdə baş ucalığı ilə təsvir etdiyimiz torpaqlarımızın azad olunması uğrunda uzun yol qət etdik. Hər bir nəsil azərbaycanlının şərəflə, qürur hissi və hörmətlə anacağı şanlı tariximizin ən parlaq səhifələrindən olan 44 günlük Vətən müharibəsi nəticəsində geri qaytardığımız torpaqlarımız bizim üçün incilərlə dolu olan bir xəzinədir. Həmin incilərdən biri elm, mədəniyyət, tarix beşiyi olan Füzuli rayonudur.
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər olan sahəni əhatə edir. Əsası 1827-ci ildə qoyulan Füzuli rayonunun tarixi həmin ildən hesablansa da, Azıx mağarasındakı tapıntılar onun ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Buna görə də rayon yaşı minilliklərə ölçülən Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri ilə tanınır. Füzuli, xalqımızın şanlı tarixinə, mədəniyyətin inkişafına, dəyişiminə şahidlik edən, yüzlərlə dahinin, adını dünya tarixinə həkk edən ölməz şəxsiyyətlərin ömür sürüb, yaşayıb-yaratdığı, milyonlarla insana yurd-yuva olan bölgələrimizdən biridir. Rayon 23 avqust 1993-cü ildə erməni qüvvələri tərəfindən işğal edilmişdir. Mədəniyyətin inkişafına görə, özünəməxsusluğu ilə seçilən Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Təhsil və səhiyyədə də yaxşı göstəricilərə malik rayonda 13 xəstəxana, 17 həkim məntəqəsi, 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 65 məktəbəqədər müəssisəsi mövcud olmuşdur. Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Eləcə də respublikamızın bu bölgəsi güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda ad-san qazanmışdır. Əməyə bağlılıq, halal zəhmət də füzulilərin həyat tərzi olmuşdur. Bu torpağın yetirməsi Şamama Həsənova iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Füzulidə 300-dən artıq elmlər namizədi və doktoru yetişmişdir.
17 oktyabr 2020–ci ildə Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı altında Füzuli şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 53 kəndi Ermənistan işğalından azad olunmuşdur. Bununla da Füzuli rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtulmuşdur.
Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Füzuli rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də yaxın gələcəkdə bərpa olunacaq.
Bakıxanov qəsəbəsi, 80 saylı orta məktəbin
coğrafiya müəllimi Aynur Qəhrəmanova