Zelenski İrandakı etirazlardan danışdı: “Bu rejim çox şər gətirdi – Ukraynaya da”

Zelenski İrandakı etirazlardan danışdı: “Bu rejim çox şər gətirdi – Ukraynaya da” Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində ilk dəfə olaraq İranda baş verən kütləvi hökumət əleyhinə etirazlara münasibət bildirib.

Zelenski deyib ki, dünyada hər bir normal insan İran xalqının nəhayət bu qədər zərər gətirmiş rejimdən azad olmasını istəyir. Onun sözlərinə görə, bu rejimin fəaliyyəti təkcə İran xalqına deyil, eyni zamanda Ukraynaya da ziyan vurub.

Ukrayna prezidenti vurğulayıb ki, beynəlxalq ictimaiyyət İranda dəyişikliklər üçün yaranmış fürsəti əldən verməməlidir. O bildirib ki, hazırda dünya liderləri, dövlətlər və beynəlxalq təşkilatlar prosesə qoşulmalı, İran xalqına bu vəziyyətə cavabdeh olan qüvvələri aradan qaldırmaqda kömək etməlidir.

Zelenskinin fikrincə, İran ətrafında formalaşmış mövcud vəziyyət qlobal təhlükəsizlik baxımından da həlledici məqamdır və biganə qalmaq ciddi nəticələrə yol aça bilər.

Oxşar xəbərlər