Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürəkli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni- tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Bu layihələr Azərbaycanın bütün təsərrüfat sahələrini, yəni sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, yanacaq-energetika və sair sahələrini əhatə edir.
Bu layihələrdən biri də nəqliyyat sahəsində görülən işlərdir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur.
Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. Füzuli-Şuşa avtomobil yolu və ya “zəfər yolu”-Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yoludur. Bu yolun təməli 2020-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. 2021-ci il 7 noyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər.
O cümlədən azad edilmiş torpaqlarımızda yeni dəmiryolu infrastrukturu da yaradılır. 20-22 oktyabr 2021-ci il tarixlərində keçirilən “Rebuild Karabakh” – 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində işğaldan azad edilmiş ərazilərdə tikintisi davam edən və planlaşdırılan dəmir yolu layihələri barədə məlumat da yer alıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa yeni dəmir yolu xəttinin inşası işlərini davam etdirir. Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən yenidən qurulması işlərinə başlanılan birxətli Bərdə-Ağdam dəmir yolu xətti üzrə hazırda fəaliyyətdə olan Bərdə və Köçərli stansiyaları təmir ediləcək, Təzəkənd və Ağdam stansiyaları isə yenidən tikiləcək.Hazırda dəmir yolu xəttinin Bərdə-Köçərli-Təzəkənd istiqaməti üzrə layihələndirmə və üst quruluşunun söküntüsü işləri tamamlanıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində təməli qoyulmuş birxətli Horadiz-Ağbənd dəmir yolu xətti 8 stansiyadan ibarət olacaq.Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd tamamilə yenidən tikiləcək. Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək birxətli elektrikləşdirilmiş dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabərdir. Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının tikintisi planlaşdırılır.
Zəngilanda tikilən beynəlxalq hava limanı böyük nəqliyyat hava qovşağına çevriləcəkdir ki, bu da təkcə ölkənin deyil, bütün regionun iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacaqdır. Uçuş-enmə zolağının uzunluğu 3000 metr olan Zəngilan hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq.
Sabunçu rayonu, 187 nömrəli tam orta məktəbin
müəllimi Esmira Süleymanova