FÜZULİNİN AZADLIĞA QOVUŞMASI

FÜZULİNİN AZADLIĞA QOVUŞMASI XX əsrin 80-ci illərin sonlarında daha da şiddətlənən erməni təcavüzü 90-cı illərin əvvəllərində pik həddə çatmışdır. Şuşanın, Laçının, Xocalının işğalıdan sonra 1993-cü il avqustun 23- də FÜzuli şəhəri düşmən tərəfindən ələ keçirildi.
I Qarabağ müharibəsində minlərlə fizulili qəhrəmanlıqla döyüşmüş, yüzlərlə fizulili şəhid olmuşdur. Bu mübarizə sadəcə Füzuli şəhərinin yox, Qarabağ bölgəsinin yox bütün Azərbaycanın mübarizəsi idi. Bu mübarizə xain düşmənə, bizi öz doğma torpaqlarımızdan didərgin salan mənfur düşmənə qarşı idi. 55 minə yaxın dinc əhali doğma torpaqlarından qovulmuş, Füzulini tərk etməyə məcbur qalmışdır.
1994-cü ildə Azərbaycan ordusunun həyata keçirdiyi “Horadiz” əməliyyatı ilə Füzulinin 21 kəndi və Horadiz qəsəbəsi düşmən işğalından azad edildi. Ancaq Füzuli şəhərini geri almaq mümkün olmamışdır. 27 il vətən həsrəti ilə yaşayan Füzuli əhalisinin ən böyük arzusu döğma torpaqlarına bir daha qayıtmaq idi.
2020-ci il sentyabrın 27-də başlayan “44 günlük Vətən müharibəsi” zamanı Füzuli şəhəri də daxil olmaqla torpaqlarımız düşmən işğalında azad edildi. Oktyabrın 16- dan 17- nə keçən gecə baş verən şiddətli döyüşlərdən sonra Füzuli şəhərinin azad edilməsi bütün xalqımız üçün tarixi və qürurlu hadisə idi və çox sevinclə qarşılandı.
Füzuli əməliyyatı nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə itirərək geri çəkilməyə məcbur edildi. Nəticədə Füzulinin təmas xəttində yerləşən müdafiə xətlərinin bir çoxunun yarılması ordumuzun cənub xətti boyunca sürətli irəliləməsinə şərait yaratmışdır.
27 il işğal altında qalan Füzulini düşmən sanki xarabalığa çevirmişdi. Füzuli azad olunarkən bayraq sancmağa bir dənə olsun salamat bina tapılmaması buna sübutdur. Ancaq artıq torpağımız geri qaytarılıb. Füzuli şəhəri qısa vaxda əvvəlkindən də gözəl bir şəhərə çevrilir və bu prosses davam edir.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəbin
tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər