QARABAĞDA SÜRƏTLİ YENİDƏNQURMA

QARABAĞDA  SÜRƏTLİ YENİDƏNQURMA
30 ilə yaxın Ermənistanın işğalı altında qalan doğma torpaqlarımız uzun illər saysız-hesabsız vəhşiliklərə məruz qalmışdır. Zəngin tarixə malik olan şəhərlərimiz dağıdılmış, evlər viran edilmiş, tarixi abidələrimizin bir çoxu qəsdən məhv edilmiş və ya tarixləri suni şəkildə saxtalaşdıraraq mənimsəməyə çalışmışlar.
Fizuli şəhəri düşmən işğalında azad olunduqdan sonra orada bayraq qaldırmaq üçün bir dənə belə salamat binanın tapılmaması hamıya məlumdur. Sadəcə Şuşa, Laçın və Kəlbəcərdə salamat qalan evlər mövcuddur. “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhəri tamamilə düşmən tərəfindən talan edilmişdir. Şəhər sanki xarabalığı xatırladır. Bu vəhşilik, terrorizim tərəfdarları özlərini hələ də dünyaya sülhsevər xalq kimi tanıtmağa çalışır, özlərini zərərçəkən tərəf kimi qələmə verirlər. Əsas məqsədləri özlərinə tərəfdaş tapıb güclənmək, işğalçılıq siyasətlərini davam etdirməkdir. Ancaq “Dəmir yumruq” hər zaman hazırdır.
Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra regionun yenidənqurması üçün çoxsahəli planlar hazırlanmışdır. Bu əraziyə gələn hər kəs erməni vandalizminin şahidi olur.
Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupu təəssüf ki vəzifəsini yerinə yetirməmişdir. Uzun illər fəaliyyəti dövründə sadəcə nəticəsiz danışıqları davam etsiemişdir. Ancaq artıq regionda heç bir vasitəçiliyə ehtiyac yoxdur. Azərbaycan məsləni lazimi yolla və daimi həll edib.
İşğaldan azad olunmuş torpaqlarımıza artıq məcburi köçkünlərin köçürülməsi həyata keçirilir. Bu bütün Qarabağ əhalisi üçün çox sevindirici və tarixi bir andır.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə



Oxşar xəbərlər