Ermənilər tərəfindən 30 ilə yaxın işğal edilən kənd və şəhərlərimizdə həyata keçirilən barbarlıq və vandalizm erməni vandallığının təzahürüdür. Bu isə beynəlxalq konvensiyaların kobud pozulmasıdır.
Şuşa bəyannaməsinin imzalanması Azərbaycanın Türkiyə ilə əməkdaşlığını dünyaya bəyan etmiş oldu.
Azərbaycan hökuməti Cənubi Qafqazda sülhün bərqərar olması üçün əlindən gələni edir. Məhz buna görə Azərbaycan dövləti işğaldan azad edilmiş regionlarda yaşayan ermənilərin azərbaycanlılarla qonşuluq şəraitində yaşamaları üçün ilk növbədə onların separatizm meyillərinə son qoymalarını tələb edir. Artıq bir çox işğaldan azad edilmiş regionlarımızda quruculuq işlərinə başlanılıb. Bir çox su və elektrik stansiyalarının istifadəyə verilməsi, külək və günəş elektrik stansiyalarının tikintisi üçün aparılan danışıqlar buna nümunədir.
Bu 30 il ərzində güclü iqtisadiyyat və ordunun formalaşması bizim müharibədə qalib tərəf olmağımıza səbəb oldu. Bu müddət ərzində Azərbaycan dövləti bir çox beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin şahidi oldu.Əlbəttə güclü erməni diasporları bir çox Avropa ölkələrində, xüsusilə də Fransada insanların fikirlərinə mənfi təsir göstərə bilirdilər. Bütün bunlara baxmayaraq Azərbaycan dövlətinin apardığı düzgün siyasət, Azərbaycan ordusunun əzmkarlığı nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bölgədə sülhün bərqərar olması digər dövlətlərin də maraq dairəsindədir. II Qarabağ müharibəsində Türkiyə və Rusiyanın müdaxiləsi, eyni zamanda Rusiya-Ukrayna müharibəsində Türkiyənin müdaxiləsi məhz regionda sabitliyin bərqərar olması üçündür. II Qarabağ müharibəsinin bitməsinə baxmayaraq erməni qəsbkarlığının hələ də şahidi oluruq. Müharibənin bitməsindən sonra 200-dən artıq hərbçi və mülki vətəndaş mina səbəbindən həlak olmuş və ağır yaralanmışdır. Avropa İttifaqı tərəfindən Azərbaycana və Ermənistana verilən maliyyə paketi arasında böyük fərq var. Bütün bunlar ikili standartın təzahürüdür. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti yürütdüyü siyasətdən şəffaflığını və ədalətli olduğunu dünyaya sübut etməyə çalışır. Sevindirici haldır ki, buna nail olmuşuq. Biz müharibəni müharibə bölgəsində edirdik. Dinc insanların yaşadığı bizim olmayan şəhərlərdə ticarət mərkəzlərində etmirdik. Biz qadına, uşağa silah çəkib, işgəncələr vermirdik. Biz, bizim olmayanı istəmirdik, ancaq bizim olanı da geri qaytara bildik.
Yaşasın Azərbaycanın müzəffər ordusu və Ali Baş Komandan!.
Qarabağ Azərbaycandır!
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
fransiz dili müəllimi Günel Bağırova