30 ildir düşmən tapdağında qalan torpaqlarımız artıq tam azaddır. Ordumuzun qətiyyətli hücumu və şücaəti qarşısında düşmən duruş gətirə bilmədi. Ermənistanın fasilərlə 6 il ərzində işğal etdiyi Qarabağ bölgəsi igidlərimizin canı bahasına 44 gün gün ərzində azadlığına qovuşdu. Şanlı ordumuz Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi şücaət, qazandığı qələbə nəticəsində qəlbimizi riqqətə gətirdi, qələbə həsrəti ilə alışıb-yanan ürəklərimizə su səpdi.
Münaqişə artıq öz həllini tapıb. İndi qəlbimiz fəxarət hissi ilə doludur. Uşaqdan-böyüyə, cavandan yaşlısına kimi hər kəs zəfər yürüşünün bir parçası oldu. Bütün Azərbaycan xalqı, Şanlı Ordumuz, rəşadətli və cəsur əsgərlərimiz Prezident və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdi, onun qətiyyətinə və dönməz iradəsinə arxalanaraq, düşmən üzərinə gözünü qırpmadan getdi. Elə bunun sayəsində Azərbaycan düz bir il bundan əvvəl sentyabrın 27-də başlatdığı azadlıq müharibəsini 44 gün ərzində möhtəşəm zəfərlə başa vurdu. Məğlubedilməz ordu bütün qüvvələri ilə irəli atıldı və uzun illərdən bəri formalaşdırılan erməni mifini darmadağın etdi. Biz bu gün qalib ordunun, qalib xalqın nümayəndələriyik.
Cənab Ali baş komandan çox gözəl vurğulayıb “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi qürurla yaşayacağıq”. Çünki, güclü, nizamlı orduya sahib Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa etdi. Uzun illər erməni əsarəti altında qalan torpaqlara indi rahatlıq və dinclik hökm sürür. Bu birlik və bu vəhdət bundan sonra heç vaxt sarsılmayacaq. Xatırladaq ki, Azərbaycanın çoxəsrlik tarixində belə möhtəşəm və tam qələbə olmayıb.
İndi biz tarixi torpaqlarımıza qəhrəman xalq kimi geri qayıtdıq. Hələ uzun illər danışılacaq bu zəfər həm dünyanın, həm də regionun mənzərəsini tam dəyişdi. Sabitliyinin və təhlükəsizliyin təminatçısı olduğumuzu bir daha dünyaya sübut etdi.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Xalidə Abasquliyeva