Prezident İlham Əliyevin rəhbərliyi altında bütün regionlarımızda abadlıq-quruculuq və yenidənqurma işləri surətlə davam etdirilir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş torpaqlarımızda geniş miqyaslı quruculuq işləri başlanıb.
Qarabağ Azərbaycanın ən gözəl dilbər guşələrindən biridir. Birinci Qarabağ müharibəsindən sonra torpaqlarımızın işğal olunaraq talan edilməsi hər bir azərbaycanlını məyus etmişdi. İllər keçdi və biz qisasımızı alıb öz torpaqlarımızı mənfur düşməndən xilas etdik. Amma biz çox məyusedici mənzərə ilə qarşılaşdıq. Vaxtı ilə Azərbaycanın sosial-iqtisadi cəhətdən ən inkişaf etmiş bölgələrindən biri olan Qarabağ artıq öz möhtəşəmliyini Erməni cəlladlarının vəhşiliyi nəticəsində itirmişdir. Xüsusilə Ağdam şəhəri xarabalığa çevrilmişdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfərləri zamanı vurğulamışdır ki, işğal nəticəsində talan edilmiş bütün torpaqlarımız bərpa ediləcəkdir.
Artıq bərpa işləri başlanıb və biz tez bir zamanda Qarabağımızı əvvəlkindən də gözəl vəziyyətdə görəcəyik. Bəli, biz buna əminik. Vaxt gələcək Qarabağ regionun ən inkişaf etmiş mərkəzinə çevriləcək. Bu da onu göstərir ki, regionların inkişafı daim dövlət siyasətinin mərkəzində olmuşdur.
Sabunçu qəsəbəsi, Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnar Cəbiyeva