Hər bir dövlətin özünəməxsus mədəniyyəti vardır. Bəzi dövlətlər isə bu mədəniyyətin daha da qədimliyi ilə fərqlənir. Azərbaycan məhz bu dövlətlərdən biridir. Paytaxt Bakı şəhəri qədim memarlıq üslubu ilə dünyanın diqqət mərkəzindədir. Şəhərin tarixi simasını qorumaqla yeni müasir memarlıq üslubunda yenidənqurma şəhərə xüsusi gözoxşayan sima bəxş etmişdir. Buna qədimliyin və müasirliyin ahəngi kimi baxa bilərik. Sadəcə paytaxt Bakı şəhəri yox digər şəhərlərimiz də memarlıq nümunələri, qədim mədəniyyətlərlə zəngindir.
Ermənistan tərəfindən işğal edilən torpaqlarımız düşmənlər tərəfindən talan edilmiş, qəsdən memarlıq abidələrimiz dağıdılmışdır. Ağdam və Fizuli şəhərlərində demək olar ki, bir dənə tikili belə qalmamışdır.
Prezident İlham Əliyev 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışı zamanı ermənilərin torpaqlarımızda həyata keçirdiyi vəhşilikləri bir daha diqqətə çatdırmışdır. Torpaqlarımız düşmən işğalımdan azad edildikdən sonra şəhərlərin yenidənqurulması üçün geniş planlar hazırlanmışdır. Ancaq Ermənistan tərəfinin mina xəritələrini Azərbaycana tam şəkildə təhvil verməməsi sürətli yenidənqurmaya mənfi təsir göstərir və düşmənin mənfur siyasətini, Beynəlxalq hüquqları kobud şəkildə pozduğunu nümayiş etdirir. İkinci Qarabağ müharibəsində qələbəmizdən sonra Cənubi Qafqazda sülh və təhlükəsizliyin tam təmin olunması istiqamətində böyük uğurlar qazanılmışdır, ancaq Ermənistan tərəfinin hələ də sülh müqaviləsi imzalamağı yubatması və hələ də ərazi iddiaları ilə çıxış etməsi vəziyyəti nisbətən gərginləşdirir.
Ölkəmizin şəhər və kəndlərin yenidənqurulması istiqamətində əsas addım təhlükəsiz mühitin yaradılmasıdır, çünki hər şey buradan başlayır. Bütün bu yenidənqurma işləri isə Azərbaycanın öz maliyyəsi hesabına həyata keçirilir.
Sabunçu rayonu, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə