Azərbaycanın öz əsrarəngiz təbiəti, təbii sərvətlərinə görə zəngin olması bütün dünyaya məlumdur. Bu dövlətin gözəl guşələrindən biri də Qarabağ idi. O Qarabağ ki 30 ildir erməni vandalları tərəfindən işğal olunmuş, talanmışdır. Ali Baş komandan İlham Əliyevin uzaqgörən siyasəti, Vətənini sevən, öz torpaqları uğrunda canından keçən oğullar sayəsində füsunkar təbiətli Qarabağımız işğaldan azad olundu.
2020-ci ilin 27 sentyabrından başlanan Vətən müharibəsi nəticəsində bir çox torpaqlarımız işğaldan azad olundu. Azərbaycanın qələbəsi, Ermənistanın imzaladığı Kapitulyasiyaya əsasən işğal oıunmuş dilbər guşələrimizdən də çıxmağa məcbur edilən Ermənistan 1 dekabr 2020- ci ildə Laçın rayonunu Azərbaycana təhvil verildi. Bundan əvvəl noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. Laçın rayonu Qarabağın ən strateji nöqtəsində yerləşən, 1930-cu ildən inzibati ərazi vahidi statusu qazanmış füsunkar guşələrdən biridir.
Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalı zamanı düşmən qüvvələr Laçın dəhlizindən istifadə ediblər. Şuşa şəhərindən sonra ən çox dağıntıya məruz olan ikinci rayon Laçın rayonudur. İşğal nəticəsində əhali etnik təmizlənməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.
Tarixi cəhətdən də, mədəni abidələrlə zəngin olan Laçın rayonu erməni vandalizmindən ciddi zərər görmüş rayonlarımızdan biridir.
Ali Baş komandan Prezident İlham Əliyevin sərancamı ilə Laçın rayonunun işğaldan azad olunmasında şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusunu “Laçının azad olunmasına görə” medalı ilə təltif etmişdir.
İşğaldan azad olunduqdan sonra 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olmuşdur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.
Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir, generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb, Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolu çəkilir .
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır.
Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev vurğulayıb: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə.
Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”
Azərbaycan lideri də, azərbaycanlılar da inanır ki, Qarabağda həyatımız firavan olacaq, xoşbəxt günlər bizi gözləyəcək. Biz bu xoşbəxtliyi əzmimizlə, inamımızla və cəsur oğullarımızın sayəsində qazandıq.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müqavini Xəyalə Aslanova