“Dəmir Yumruq” əməliyyatı ilə Zəfər tariximizə yazılan Böyük Qələbə güclü dövlətimizin iqtisadi gücünün nümayişi ilə yanaşı xalqımızın qələbə əzminin də əyani təsdiqidir. Xalq – Prezident - Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, tarixi torpaqlarımızın işğaldan azad olunmasında mühüm əhəmiyyət daşıdı. “Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki , bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək”.- cənab Prezidentin səsləndirdiyi fikirlər öz təzahürünü infrastrukturu tamamilə məhv edilmiş torpaqlarımızın yenidən qurulması, dağıdılmış abidələrimizin, məhv edilmiş mədəni irsimizin bərpası üçün bu gün davamlı olaraq aparılan yenidənqurma işlərində təcəssüm edir. Şuşanın azad olunması Qarabağ torpaqlarına sülh və inkişaf gətirdi. İşğaldan azad olunmuş torpaqlarımızda mədəni irsimizin bərpası istiqamətində əsaslı layihələr həyata keçirilir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı həm də tarixi torpaqlarımızın, ənənələrimizin bərpasını da əhatə edir. Prezidentimizin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 12-13 may Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani göstəricisidir. Tarixin sınağından çıxmış Türkiyə- Azərbaycan qardaşlığı Şuşa Bəyannaməsinin imzalanması ilə tarixi köklərini bundan sonrakı minilliklərdə də regional sülh, sabitlik və rifah üçün möhkəmləndirəcəyini sübut etdi. Təsadüfi deyil ki, Şuşa şəhəri təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, Türk dünyasının mədəniyyət paytaxtı kimi tanınacaq. Biz inanırıq ki, bu qardaşlıq əbədi olacaq. Nəticəsi olaraq tarixi torpaqlarımız öz cənnətini yaşayacaq.
Pirşağı qəsəbəsi, A.X.Yusifzadə adına 112 saylı tam orta məktəbin
ibtidai sinif müəllimi Vüsalə Əliyeva
Pirşağı qəsəbəsi, A.X.Yusifzadə adına 112 saylı tam orta məktəbin
ibtidai sinif müəllimi Vüsalə Əliyeva