İşğal etdikləri əraziləri məhv etməklə sakitləşməyən düşmən, onları minalamaqdan belə utanmamışdır...

İşğal etdikləri əraziləri məhv etməklə sakitləşməyən düşmən, onları minalamaqdan belə utanmamışdır... İşğal altındakı ərazilərin 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibədən sonra azad olunması ilə Qarabağda ermənilərin törətdikləri vəhşilikləri, vandalizmi bütün dünyaya əyani şəkildə sübut edə bildik. Yaşayış binaları, tarixi abidələr, dini məbədlər, qəbiristanlıqlar dünyanın ən vəhşi xalqı olan ermənilər tərəfindən talan olunmuş, dağıdılmışdı. Lakin illərdir erməni işğalına göz yuman dünya dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini indiyə qədər həzm edə bilmirlər. Bir dəfə də olsun, ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında heç bir yerdə bəhs etməyiblər.

Ermənilər illərdir dünyaya həmin ərazilərin onlara məxsus olduğunu car çəkməkdən utanmadılar. Necə ola bilər ki, bir xalq həmin ərazilərin onlara məxsus olduğunu söyləsin, amma vəhşiliklə həmin əraziləri dağıtsın? Daşı daş üstündə qoymasın? Hansı xalq öz tarixini, öz torpaqlarını məhv etməyə çalışar ? Əlbəttə ki, heç bir tarixi olmayan ermənilər. İşğal etdikləri əraziləri məhv etməklə sakitləşməyən düşmən, onları minalamaqdan belə utanmamışdır...

Bəlkə də dünyada yeganə ölkəyik ki, sərhədlərimizin o tayı da bizim doğma torpaqlarımızdır. 200 il ərzində Rusiya və İran Azərbaycanı öz aralarında bölməklə rahatlaşmamış, Qarabağa və Qərbi Azərbaycan torpaqlarına erməniləri köçürməklə bizə indiyə qədər sağalmaz bir yara vurmuşlar...

Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb.

Təkcə bu fakt ermənilərin İslam dininə qarşı açıq şəkildə apardığı müharibəni göstərir. Lakin adını müsəlman dövlətləri qoymuş İran kimi bəzi ölkələr hələ də ermənilərə kömək etməkdən əl çəkmirlər. Dağıtdıqları məscidlərdə donuz saxlayan düşmən müsəlman xalqlarını açıq-aşkar təhqir etmişdir, alçaltmışdır.

Dağıdılmış Füzuli və Ağdam şəhərləri insanın ürəyini parçalayır. Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırmaq olar. Ermənilər tərəfindən 30 il ərzində bir sağlam bina belə bu ərazilərdə saxlanılmayıb. Füzuli və Ağdam şəhərləri yer üzündən tamamilə silinib. Eyni vəhşilikləri düşmən Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da törətmişdir. Azərbaycanın həmin əraziləri bərpa etməsi üçün bəlkə də bir neçə onilliyə və milyardlarla manatlıq büdcəyə ehtiyacı vardır. Həmin ərazilər bərpa olunacaq, amma ermənilərin törətdikləri vandalizm heç vaxt xalqımız tərəfindən unudulmayacaq.

Ermənilər təkcə abidələrimizi, yaşayış məskənlərimizi məhv etməyiblər, həm də təbiətə böyük ziyan vurublar.

60 min hektara yaxın meşə sahəsi məhv edilib, qızıl və digər yeraltı sərvətlərimiz 30 il boyunca talanaraq qanunsuz istismar edilib, Oxluçay çayı ermənilər tərəfindən çirkləndirilib.

Ermənilər illər boyunca Şuşanın öz qədim yaşayış məskənləri olduğunu demişdilər, amma bir dəfə də olsun Şuşada yeni binaların tikintisinə cəhd göstərməmişdilər. Çünki bilirdilər ki, bu yerin sahibləri bir gün öz doğma torpaqlarına

qayıdacaqlar... Və bu yerin sahibləri qayıtdıqları zaman artıq burada ermənilərin izi də, tozu da qalmayacaq...

Şuşada Gövhər ağa məscidini “tolerant” olduqlarını göstərmək üçün saxlamışdılar və həmin məscidi İrandan olan qondarma mütəxəssislərin köməyi ilə fars məscidi kimi təqdim etməyə cəhd göstərmişdilər. Farsın ayağının dəymədiyi yerdə “fars məscidi”nin olması hansı məntiqə sığır?

Heç bir əməlindən utanmayan düşmən qədim alban kilsələrini erməniləşdirməyə cəhd etmiş, onları öz tarixi abidələri kimi göstərməyə çalışmışlar. 200 il öncə bu ərazilərə köçürülən törəmə bir xalqın hansı tarixi abidəsi ola bilər?!

Azərbaycan xalqı Qarabağı öz şəhidlərinin və qazilərinin qanı ilə, canı ilə işğaldan azad etdi. Qarabağın hər qarış torpağında şəhidlərimizin ayaq izləri vardır. Bir xalq olaraq şəhidlərimizi heç vaxt unutmamalıyıq. Bugün qürur hissi ilə bütöv Azərbaycanda yaşadığımız üçün onlara borcluyuq...

Maştağa qəsəbəsi, 255 saylı tam orta məktəbin

rus dili müəllimi Ağaəmi İslamov

Oxşar xəbərlər