Zəngilan rayonunun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu

Zəngilan rayonunun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu Qarabağın qədim bölgələrindən olan Zəngilan rayonunun adı XVI əsrə aid mənbələrdə Çuvandur boyu kimi çəkilir. 1593-cü ilə aid Osmanlı mənbələrində Çuvandurda mövcud olan 60 kəndən yalnız 4-də qeyri türk-müsəlman əhalinin yaşadığı qeyd olunurdu. XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsindən sonra yeni inzibati ərazi bölgüsü aparılmışdır. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdur. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.

1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal etmişlər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilmişdir. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalmışdır. Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometrdir. Ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal ərəfəsində rayon əhalisinin 94%-ni azərbaycanlılar, yalnız 1%-ni ermənilər təşkil edirdi.

Rəşadətli ordumuz tərəfindən 44 günlük Vətən müharibəsi gedişində 2020-ci ilin oktyabr ayında Zəngilan rayonu işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu.

Özünəməxsus qədim tarixi olan rayon ərazisi müxtəlif dini-tarixi abidələr, ziyarətgahlar, türbələr, sərdabələr və s. zəngindir. Sovet dövrünün amansız illərində belə təəssübkeş Zəngilan əhalisi dini ibadədgah və ziyarətgahlarını qoruyub saxlaya bilmişdir. Çox maraqlı tikili olan abidələrdən 6 məscid, 2 alban kilsəsi, 20 pir-ziyarətgah, çoxlu məqbərə, sərdabə, körpü, qüllə, bürc, kurqanlar hələ sovet dövründə qeydə alınaraq tədqiq olunmuşdur. Məscid və ziyarətgahlardan aşağıdakıları qeyd etmək olar:

Bundan əlavə Şərifan kəndində IX–XVI əsrlərə aid Şərifan abidələri Hacallı kəndində orta əsrlərə aid Şəhri Şərifan yaşayış yeri, Qumlaq kəndindəki Ağca Aşıq yaşayış yeri, Oxuçuçayın Araza töküldüyü yerdə yerləşən Qəsr qalası, Şərikan kəndindəki XIII əsrə aid Sərdabəni, Yenikənd kəndindəki XIV əsrə aid Sərdabə, Hacallı kəndində yerləşən XIV əsrə aid Dairəvi bürcü və xıx əsrə aid Körpünü, Məmmədbəyli türbəsini, Yeməzli kəndindəki 2500 illik yaşı olan küp qəbirləri və başqalarını göstərmək olar. Təəssüflər olsun ki, erməni vandalları işğal dövrüdə bu abidələ vəhşicəsinə divan tutaraq dağıtmış, talan etmiş və ya tövlə, anbar kimi istifadə etmişdir. Azərbaycan dövləti azad olunmuş ərazilərdə dərhal geniş abadlıq bərpa isinə başlayıb. Eyni zamanda törədilən vandalizmin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün də tədbirlər görülür. Azərbaycan xalqı Zəngilan rayonu da daxil olmaqla azad olunmuş bütün ərazilərdə gedən abadlıq-quruculuq-bərpa işlərini izləyir.

Azərbaycan xalqı heç nəyi, heç vaxt yaddan çıxarmayacaq!

Zabrat qəsəbəsi, X.Vəliyev adına 75 saylı tam orta məktəbin

tarix müəllimi Asif Hüseynov

Oxşar xəbərlər