
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlandı. Bu vətən müharibəsi zamanı Zəngilan rayonunun da azad olunması uzun çəkmədi. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad olunması uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, 4 qəsəbəsi və 49 kəndi işgaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa olundu. Tarixi torpağımızı geri qaytardıq. İndi biz fəxrlə deyirik, Zəngilan bizimdir! Biz bu qələbə üçün vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu günümüz üçün onlara minnətdarıq.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Şəhla Bağırova