ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.Ria Novosti bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
ABŞ rəsmisi isə Reuters agentliyinə bildirib ki, ABŞ İrana qarşı hava və dəniz hücumlarına başlayıb.
Onun sözlərinə görə, Amerikanın İrana qarşı hücumları havadan və dənizdən həyata keçirilir.
Tehranda Prezident Sarayı kompleksinə hücumlar qeydə alınıb. İran Parlamentinin sədri ölkənin hadisələrə "sərt cavab" hazırladığını bildirib. Tehran Hava Limanının yaxın 48 saat ərzində bağlanacağı gözlənilir.