Azərbaycan və Qazaxıstan qardaş və dost dövlətlər kimi bir-birinə yaxın tarixi, mədəni və iqtisadi əlaqələrə malikdir

Azərbaycan və Qazaxıstan qardaş və dost dövlətlər kimi bir-birinə yaxın tarixi, mədəni və iqtisadi əlaqələrə malikdir
Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.
Ali səviyyədə təşəkkül tapmış qarşılıqlı hörmət və etimada əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailiyyətlərin əldə olunmasını təşviq edən aparıcı faktor kimi çıxış etməkdədir.
Azərbaycan və Qazaxıstan qardaş və dost dövlətlər kimi bir-birinə yaxın tarixi, mədəni və iqtisadi əlaqələrə malikdir. Hər iki ölkə türk dünyasının vacib üzvləridir və enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya sahələrində qarşılıqlı əməkdaşlığı davamlı şəkildə inkişaf etdirirlər.
İki ölkə arasında iqtisadi münasibətlərin hüquqi bazası 1993-cü ildə imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” ilə qoyulmuşdur. Sonrakı illərdə imzalanan onlarla sənəd bu əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradıb.
Əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir. Xəzər dənizi hövzəsində yerləşən bu iki dövlət enerji resurslarının hasilatı, nəqli və emalı sahəsində bir-birinə mühüm tərəfdaşdır. Qazaxıstanın neft və qazının Azərbaycan vasitəsilə beynəlxalq bazarlara çıxarılması, xüsusilə Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri bu əməkdaşlığın bariz nümunəsidir.
Bundan başqa, nəqliyyat-logistika əlaqələri də xüsusi əhəmiyyət daşıyır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Azərbaycan və Qazaxıstanın birgə səyləri nəticəsində Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət xəttinə çevrilib. Bu layihə həm iki ölkənin iqtisadi potensialını artırır, həm də regionun tranzit əhəmiyyətini gücləndirir.
Ticarət əlaqələri də ilbəil genişlənir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır. Qazaxıstandan Azərbaycana əsasən buğda, metal, kimyəvi məhsullar, neft məhsulları ixrac olunur, Azərbaycandan isə Qazaxıstana kənd təsərrüfatı məhsulları, tikinti materialları və qida məhsulları göndərilir.
Bundan əlavə, Azərbaycan-Qazaxıstan Hökumətlərarası İqtisadi Komissiyası mütəmadi olaraq iclaslar keçirir, biznes forumlar və sərgilər təşkil edilir. Hər iki ölkənin sahibkarları üçün qarşılıqlı investisiya imkanları genişlənir.
Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlıq qarşılıqlı etimada, ortaq maraqlara və dostluq münasibətlərinə əsaslanır. Bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, bütövlükdə Türk dünyası və regionun iqtisadi inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə yeni layihələrin və birgə təşəbbüslərin həyata keçirilməsi bu münasibətləri daha da gücləndirəcəkdir. Azərbaycan-Qazaxıstan ikitərəfli format ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər.
Maştağa qəsəbəsi, 187 tam orta məktəbin
direktor müavini Elnarə Həsənova

Oxşar xəbərlər