Azərbaycan öz sözünü hərb meydanında dedi

Azərbaycan öz sözünü hərb meydanında dedi


44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir. Ancaq qanunsuz erməni hərbi birləşmələrinin Qarabağ ərazisində qanunsuz fəaliyyətlərini davam etdirməsi, eyni zamanda Ermənistanın sülh müqaviləsinin şərtlərini qəbul etməməsi regionda vəziyyətin sabitləşməsinin qarşısını almışdır.
Ermənistan tərəfinin hər şəkildə sülhdən yayınması, sülh ilə bağlı bütün təşəbbüsləri boğması Azərbaycanın regionda antiterror əməliyyatı keçirməsindən başqa yol qoymamışdır. Bir gündən az davam edən antiterror əməliyyatı zamanı Azərbaycanın ərazi suverenliyi bərpa edildi. Ermənistan ordusu silahı yerə qoyub təslim olduqdan dərhal sonra hərbi əməliyyatlar dayandırıldı. Ərazi bütövlüyümüz 44 günlük Vətən müharibəsində təmin edilsədə, suverenliyimizin təmin edilməsi üçün zaman lazım idi. Həyata keçirilən bir günlük antiterror əməliyyatları bunu təmin etdi.
Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan Ermənistan bu müddət ərzində nəinki danışıqlar masasına oturur, hətta, öz işğalçılıq siyasətini davam etdirməyə çalışmışdır. Qarabağ münaqişəsinin həlli üçün çalışan ATƏT-in Minsk qurupu öz öhdəliklərini yerinə yetirə bilməmişdir.
Azərbaycan öz sözünü hərb meydanında dedi. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz işğalçılıq siyasətini davam etdirən Ermənistanın layiqli cavabı hərb meydanında verildi. Ali Baş Komandanımızın rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa edildi, çoxdan gözlənilən tarixi ədalət bərpa edildi.


Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəbin Tarix müəllimi Damla Həsənzadə


Oxşar xəbərlər