Ermənistan xarici işlər naziri yanvarın 13-14-də ABŞ-də işgüzar səfərdə olacaq.“Bu barədə məlumatı Ermənistan XİN-in rəsmi sözçüsü Ani Badalyan açıqlayıb.
Onun sözlərinə görə, A.Mirzoyan səfər çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirəcək.
Badalyan həmçinin qeyd edib ki, tərəflər görüş zamanı “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsinə dair birgə bəyənat imzalayacaqlar.