Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdü və oradan vacib mesajlar verdi. Dövlət başçısı bildirdi ki, biz şəhidlərimizi, Xocalı qurbanlarını, dağılmış şəhərlərimizi, qəbirləri, təhqir edilmiş məscidləri unuda bilmərik. İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı düşmən üzərində qələbəsini təmin etdi. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Bu il tarixdə ilk dəfə Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd etdi. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır.
44 günlük müharibə milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun, birliyinin və həmrəyliyinin təntənəsi idi. Müharibə nəticəsində Ermənistan ordusu məhv edildi. Bu ordu artıq yoxdur. Müharibə vaxtı Ermənistanın 336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu tamamilə məhv edilib, hava hücumuna qarşı digər artilleriya qurğuları məhv edilib.
Bu acı məğlubiyyətdən sonra Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Ermənistan işğalçılıq siyasətindən əl çəkib qonşuları ilə normal münasibət qursaydı, indikindən dəfələrlə yaxşı duruma gələ bilərdi. Ermənistan bunu etmədiyinə görə, bu gün bunun acı nəticələrini yaşayır. Onlar ən azından bu gündən sonra bu hadisələrdən nəticə çıxarmalı, Azərbaycana qarşı hansısa revanşist əməllərə yol verməməli, təxribata əl atmamalıdır. Əgər bunu edərlərsə, cəzasını da çəkəcəklər. Nəticəsi də Ermənistan üçün çox ağır olacaq. Onlar gələcək barədə düşünməlidirlər. Ermənistanın yalnız bir yolu var ki, bu da bölgə ölkələri ilə sıx əməkdaşlıq etməkdir. Əgər Ermənistan bu əməkdaşlığı etməsə, çox ağır duruma düşəcəklər.
Əhmədov Aydın, 22 saylı şəhər poliklinikasının baş həkimi