Azərbaycanın coğrafi mövqeyi, zəngin sərvətləri uzun əsrlər boyu yadelli işğallarına məruz qalmasına səbəb olmuşdur. Eramızdan əvvəldən başlayan bu işğalçılıq meylləri dövrümüzə qədər davam etmişdir. Dəyişən sadəcə düşmənlərdir. Ermənistan üçün sadəcə işğalçı sözünü işlətsək yəqin ki digər işğalçılar üçün haqsızlıq etmiş olarıq. Torpaqlarımızı 30 il işğal altında saxlayan, sakinləri yurd-yuvasından didərgin salan Ermənistan artıq Azərbaycana hərbi yoldan başqa çıxış yolu qoymamışıdr. Azərbaycan heç vaxd müharibə tərəfdarı olmayıb. 30 il gözləməyin səbəbi də bu idi. Münaqişənin sülh yolu ilə həll edilməsinə ümid var idi. Ancaq yerinə yetirilməli olan heçnə yerinə yetirilmədi. Bu müddətdə ordumuz yeniləndi, daha da qüdrətləndi, siyasi arenada böyük nüfuz qazanıldı. Artıq Azərbaycan münaqişəni hərb meydanında və siyasi meydanda özü təkbaşına həll edə bilərdi və etdi.
44 gün davam edən, nəinki Azərbaycanın bütün dünyada hərb tarixində yeni yol açan Vətən müharibəsi tarixi ədalətin bərpa edilməsi ilə yekunlaşdı. Bu Ali Baş Komandanımızın, ordumuzun və xalqımızın çiyin-çiyinə verərək qazandığı müharibə idi. Noyabr ayının 8-i zəfər tariximiz kimi yaddaşlara həkk olundu. Bu zəfər hər bir azərbaycanlının haqqı idi. Dünyanın inkişaf etmiş dövlətləri belə Azərbaycanın müharibədə istifadə etdiyi taktikalarla yaxından maraqlandı. Azərbaycan ordusu, Azərbaycan xalqı müharibədən sonra dünyada cəsur, mübariz, qorxmaz xalq kimi tanındı. Ərazi bütövlüyümüzün bərpasından sonra əsas diqqət işğaldan azad edilmiş torpaqlarımızın bərpasına və yenidən qurulmasına yönəldilmişdir. Bunun üçün ilk öncə minaların tam təmizlənməsi prossesi həyata keçirilir. Artıq məcburi köçkünlərin öz doğma yurd-yuvalarına köçürülməsi prossesi başlayıb. Bu xalqımız üçün tarixi bir andır.
Bakıxanov qəsəbəsi, 72 saylı məktəb-liseyin
Tarix müəllimi Həsənzadə Damla