10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən bəyanat imzalandı. Bəyanatda 10 Noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Beləliklə, 44 günlük müharibədə Azərbaycan xalqının arzusu 30 ildən sonra gerçəkləşdi.44 gün xalq öz rəhbəri ilə hərb və siyasi meydanda oldu. Düşmən Dəmir yumruğun dadını nəinki hiss etdi, eyni zamanda onun zərbəsini heç vaxt unutmayacaq. 44 günlük müharibə ermənilərin özləri haqqında uydurduğu “məğlubedilməz” mifi darmadağın etdi. Hərb meydanında düşmənə qan udduran ordumuzun gücü qarşısında düşmən tab gətirə bilmədi. Silah və sursatını qoyaraq qaçdılar. Hiyləgər, zalım düşmən 30 il ərzində Qarabağı xarabalığa çevirmişdir. Zaman uzandıqca Azərbaycan xalqının düşmənə nifrəti günbəgün artmışdır.
Müharibənin gedişində möhtərəm prezidentimiz cənab İlham Əliyev hərbi-siyasi meydanda öz kəsərli sözünü deyərək dünyanın lider prezidentləri səviyyəsində fəxrlə yer tutdu. 44 günlük müharibə ərzində prezidentimiz qətiyyətli addımları, kəsərli çıxışları, sərbəst siyasi yanaşması ilə dünyanı mat qoydu. Xalqına arxalanan dövlət rəhbəri dövlətin maraqlarını, onun sərhədlərini bərpa etmək, torpaqlarını işğaldan azad etmək, yurd yerlərimizdə həyatı bərpa etmək, sönmüş ocaqları yenidən yandırmaq məqsədilə münaqişəni həm sülh, həm də hərb yolu ilə həll etdi. Qarabağda 300 yaşayış məntəqəsi hərb yolu ilə şanlı ordumuz tərəfindən azad olunmuşdur. Kəlbəcər rayonu Laçın rayonu siyasi yolla azad olundu.
Pezidentimizin vurğuladığı kimi artıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan xalqı qalib xalqdır. Hal-hazırda dövlətimiz işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri aparır. Qarabağımız əvvəlki həyatına qayıdacaq!
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
direktoru Fərqanə Abbasova