Ermənistandan fərqli olaraq dövlətimizin, xalqımızın humanistliyi erməni xalqı ilə eyni ərazidə qonşuluq şəraitində yaşayışı mümkün edir

Ermənistandan fərqli  olaraq dövlətimizin, xalqımızın humanistliyi erməni xalqı ilə eyni ərazidə qonşuluq şəraitində yaşayışı mümkün edir Cənab Prezident İlham Əliyev aprel ayının 29 -da keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda Azərbaycanın mövcud vəziyyətini, inkişaf perspektivlərini yenidən dəyərləndirərək mühüm tarixi məqama toxunmuşdur. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsinin bağlanması məsələsi diqqətdə saxlanılıb. Azərbaycanın təklif etdiyi beş prinsipin Ermənistan tərəfindən müsbət qarşılanması bağlanacaq sülhün təminatçısı olacaq.
Ermənistandan fərqli olaraq dövlətimizin, xalqımızın humanistliyi erməni xalqı ilə eyni ərazidə qonşuluq şəraitində yaşayışı mümkün edir. Həmçinin artıq ermənilər də başa düşür ki, Azərbaycan ərazisində yaşamaq onların təhlükəsizliyi və yaşayış səviyyəsi baxımından daha sərfəlidir.
30 il Cənubi Qafqazda bu cür münaqişə ocağının mövcud olması ərazidə yaşayan bütün əhalinin təhlükəsizlik normalarının pozulması demək idi. ATƏT-in Minsk qurupunun uğursuz siyasəti ədalətin yalnız Azərbaycanın öz iradəsi ilə həll etməsi ilə nəticələndi və beynəlxalq ədalət bərpa edildi.
Həm Türkiyə ilə, həm də Rusiya ilə əməkdaşlıq haqqında bəyannamələrin imzalanması tərəflərin strateji maraqlarına əsaslanır. Ermənistan müharibə dövründə Rusiyanın müdaxiləsini gözləsə də bu baş vermədi, düzdür hərbi yardımlar qanunsuz və gizli şəkildə edilirdi, ancaq açıq müdaxilə edilmədi. Təəssüflər olsun ki, bu yardımlar hava məkanı ilə qonşu ölkələrin ərazisindən keçərək Ermənistana göndərilirdi. İşğaldan azad olunmuş ərazilərimizin minadan təmizlənməsi prosesi olduqca çətin və uzunsürən bir prosesdir, mina xəritəsinin Azərbaycana verilməməsi müharibədən sonra da günahsız insanların ölümünə səbəb olur.
Cənab Prezident çıxışı zamanı bir daha qeyd etdi ki, ərazi bütövlüyümüz qırmızı xətdir. Bunu pozmağa çalışan, əsassız iddialar irəli sürən hər kəs layiqli cavabını alacaq, eyniylə İkinci Qarabağ müharibəsində olduğu kimi.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə


Oxşar xəbərlər