Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masasında öz sözünü dedi

Azərbaycan həm döyüş meydanında, həm  də danışıqlar masasında öz sözünü dedi
Noyabrın 8-də Azərbaycanın dilbər guşəsi olan Xankəndi şəhərində Vətən müharibəsi nəticəsində əldə edilən Zəfərin 3-cü ildönümünə həsr olunan hərbi parad keçirildi.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev və ailə üzvləri paradda iştirak etdi. Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətənimizin igid oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, 3 il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri azad edildi.Ondan bir gün sonra düşmən ordusu təslim olub ağ bayrağı qaldırdı. Beləliklə, tarixi hadisə olaraq Qarabağ müharibəsi Zəfər ilə başa catdı.
Torpaqlarımızın işğaldan azad olması uğrunda xalqımız bir oldu. Prezidentimiz 20 il bundan əvvəl xalqa verdiyi sözə əməl etdi.Ərazi bütövlüyümüz bərpa oldu.Bayrağımız işğaldan azad olmuş torpaqlarda yenidən dalğalandı. Bu günü bizə bəxş edən rəşadətli ordumuz döyüş meydanında qəhrəmanlıq göstərərək düşmənin ordusunu darmadağın etdi, onları doğma torpaqlarımızdan qovdu. Bu böyük qələbəni vətənimizin igid oğulları canından keçərək bizə yaşatdı.Onlar qəhrəmanlıq dastanı yazdılar. 44 gün ərzində aparılan bütün əməliyyatlar buna sübutdur. Əsgərlərimizin fədakarlığı, xalqımızın birliyi bütün dünyaya nümunə oldu.
Prezidentimizin müdrikliyi uzaqgörən siyasəti nəticəsində biz buna nail olduq.44 günlük müharibə 10 noyabr 2020-ci il tarixində dayandırıldı. Ağdam, Kəlbəcər və Laçın rayonları 1 güllə də atılmadan geri qaytarıldı. Ermənistan kaputulasiya aktını imzalamağa məcbur oldu. Onlar ordumuzun gücünə və Azərbaycanın siyasi rəhbərliyinin siyasəti qarşısında təslim oldu.
Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gündən də az çəkdi. Ordumuzun peşəkarlığı və şücaəti nəticəsində bütün strateji yerlər ələ keçirildi. Düşmən ordusu təslim olmağa məcbur oldu. Qondarma rejimə də xitam verildi.
Nəhayət, tarixi ədalət bərpa oldu. Ərazi bütövlüyümüz, suverenliyimiz bərqərar oldu.Separatçı qüvvələr ağ bayrağı qaldırıb təslim oldu. Lokal xarakterli antiterror əməliyyat nəticəsində düşmənin bütün qüvvəsi məhv edildi. Artıq münaqişə başa çatmışdır.Torpaqlarımız işğaldan azad olmuşdur.
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü siyasət strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masasında öz sözünü dedi. Bütün dünyada göstərildi ki, Azərbaycan xalqı məğlubedilməz xalqdır!

Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Əkbərova


Oxşar xəbərlər