Novruz bayramı Azərbaycanda hər zaman böyük sevinclə qeyd edilib. Hər il Novruz şənliklərində hamının bir arzusu var idi, Novruz tonqalını Qarabağda yandırmaq, bayramı Qarabağda qeyd etmək. Artıq 3 ildir ki, Novruz tonqalı doğma Qarabağımızda qeyd edilir. Artıq xalqımızın ürəyi rahatdır.
Azərbaycan humanist dövlətdir. Hər zaman qan tökülməsinə qarşı olmuş, münaqişənin sülh yolu ilə həll edilməsi üçün çalışmışdır. Ancaq bu o demək deyil ki, Azərbaycan doğma torpaqlarının işğalı ilə barışacaq. Azərbaycan hər zaman bəyan etmişdir ki, əgər məsələ sülh yolu ilə həll edilməsə hərbi yola əl atılacaq. Buna görə bütün məsuliyyət Ermənistan hökümətinin üstünə düşür.
30 il davam edən sülh danışıqları məqsədli şəkildə Ermənistan tərəfindən uzadılaraq, işğalçılıq siyasətlərini davam etdirmişdilər. Başqa çıxış yolu qalmayan Azərbaycan münaqişəni hərbi yolla həll etdi və tarixi ədaləti bərpa etdi. Qarabağ münaqişəsini həll etmək üçün yaradılan ATƏT-in Minsk qurupu 30 ilə yaxın müddətdə dəfələrlə nəticəsiz görüşlər keçirərək sadəcə faktiki fəaliyyət göstərmiş, heç bir tədbir görməmişdir.
Qısa müddətdə erməni qoşununun müqaviməti qırılmış və işğal olunmuş torpaqlarımız geri qaytarılmışdır. Ancaq görünür ki, bu Ermənistana dərs olmayıb. Yenə də öz işğalçılıq siyasətini davam etdirməyə çalışan Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçırır, atəşkəsi pozur.
Ancaq Ali Baş Komandanın dediyi kimi “Dəmir yumruq” hər zaman qüvvədədir. Ermənistanın hər hansı yanlış addımında bu yumruq dərhal qüvvəyə düşəcək. Düşmən boynun qaldırarsa yenə öz layiqli cavablarını alacaq. Ərazi toxunulmazlığı Azərbaycanın qırmızı xəttidir. Bundan sonra hər il Novruz bayramı bütün Azərbaycanda qeyd olunacaq.
Bakıxanov qəsəbəsi, 72 N-li məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə