Ermənistan hakimiyyəti yaxın vaxtlarda Türkiyə ilə sərhəddə yerləşən Axurik zastavasının buraxılış məntəqəsindən Rusiya sərhədçilərini çıxarmaq niyyətindədir. “Bu barədə “News.am” diplomatik dairələrdən olan mənbəyə istinadən məlumat yayıb.
Müsahibin sözlərinə görə, Axurik zastavasında bilavasitə buraxılış məntəqəsinin təhvil verilməsi barədə qərar artıq qəbul edilib və hətta bayraq dirəyi də quraşdırılıb: “Bununla belə, zastavada Rusiya sərhədçiləri qalacaqlar. Hazırda Türkiyə istiqamətində dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir”.
Qeyd edilib ki, digər mənbələrin məlumatına əsasən, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsi bölgəsində tikinti işlərinə başlayıb. Bildirilir ki, Türkiyə tərəfdən tikintiyə başlanması və Axurikin istifadəyə verilməsi ehtimalı yaxın gələcəkdə sərhədin açılması niyyətinin ciddiliyindən xəbər verir.