2020-ci il 27 sentyabr tarixində başlayan II Vətən müharibəsi 10 noyabr 2020-ci il tarixli Bəyanatın qəbul olunması ilə yekunlaşaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu.
Bu bəyanatın imzalanması ilə illərdir davam edən Ermənistan-Azərbaycan münaqişəsinin hərbi mərhələsi başa çatdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. İtirilmiş ərazilər tamamilə qaytarıldı. Artıq “Dağlıq Qarabağ Muxtar vilayəti” adlı ərazi yoxdur, tamamilə süquta uğrayıb. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı.
3 tərəfli bəyanat əsasında Azərbaycan artıq sərhədlərin delimitasiyası, gələcəkdə demarkasiyası, bütün kommunikasiyaların açılması məsələsini qaldırıb.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi
Balaxanı qəsəbəsi, 259 nömrəli məktəbin
ingilis dili müəllimi Təhminə İsgəndərova