Tarix boyu müəyyən region üstündə olan münaqişələrdə danılmaz ən vacib faktorlardan biri də həmin regionun zəngin sərvətləri faktı olmuşdur. I Qarabağ müharibəsi gedişində Azərbaycan bu amili o qədərdə önəmsəməmiş, yalnız düşdüyü gözlənilməz və xarici hücumla yanaşı müşahidə olunan daxili qarışıqlıqdan can qurtarmağa çalışmışdır. Fikirləşirəm ki, həmin dövrdə Azərbaycan xalq olaraq böyük bir imtahanla üzləşdi və bu imtahan bizim böyük və zəngin bir regionu itirməyimizə, bir milyon qaçqın və köçkünümüzün olmasına, bir çox iqtisadi problemlərlə üzləşməyimizə və ən əsası müharibənin bizə yaşatdığı ağır mənəvi sarsıntılara səbəb olmuşdur. Bəs Ermənistan tərəfi nə qazandı?. Kasıb bir ölkə olduğunu nəzərə alsaq Ermənistan üçün belə bir regionun işğalı böyük maddi gəlir, hələ buna qədər heç bir müharibədə qalibiyyət əldə etməmiş erməni xalqı üçün mənəvi qazanc olmuşdur. Təbii ki, bunun uzun müddət davam etməyəcəyini qarşı tərəf çox yaxşı bilirdi. Bunu o sübut edir ki, rəsmi İrəvan keçən müddət ərzində əldə etdiyi regionun inkişafı istiqamətində heç bir addım atmamış əksinə buranı elə bir formada talamışdır ki, insan dəhşətə gəlir. Regionun təbbi sərvətləri Ermənistan tərəfindən xarici ölkələrlə birgə qanunsuz olaraq talanmış, buda regionda ciddi problemlərin yaranmasına yol açmışdır. Əvvəlcədən də qeyd etdiyim kimi təbii ki, bu işğal uzun müddət davam etməyəcəkdi, çünki hər bir azərbaycanlı bu məsələnin öz haqq işi olduğunu və bunun nə zamansa hansı yolla olursa olsun həllinin vacib olduğunu yaxşı anlayırdı. Keçən illər ərzində Azərbaycan tərəfi münaqişənin həlli yolunda və ən əsası məsələnin sülh yolu ilə həlli yolunda bütün lazimi addımları atmışdır. 31 mart tarixində türkdilli dövlətlərin əməkdaşlıq şurasının videokonfrans formatında qeyri-formal zirvə görüşündə cənab İlham Əliyev II Qarabağ müharibəsi və müharibənin başlanmasına qədər olan proseslərdən danışmış, Ermənistan tərəfinin atdığı addımların, illərlə beynəlxalq təşkilatların heç bir irəliləyişə nail ola bilməməsi, birbaşa münaqişənin hərb yolu ilə həllinin qaçınılmaz etdiyini əsaslandırmışdır. Belə ki Ermənistan rəhbərinin iki il əvvəl “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması, Ermənistanın hətta yeni torpaqlar ələ keçirəcəkləri ilə bağlı açıqlamaları, Şuşada qanunsuz olaraq keçmiş “Dağlıq Qarabağ respublikasının” rəhbərinin and içmə mərasiminin keçirilməsi və qondarma respublikanın parlament binasının Şuşaya köçürülməsi və parlament üçün binanın inşa olunması Ermənistan tərəfini heç bir halda Azərbaycanın torpaqlarını geri verməyəciyini və məsələni daha 30 il uzatmaq istədiyini göstərirdi. Bax bütün bu hadisələrin fonunda və ən sonda isə Ermənistan tərəfinin törətdiyi təxribatlardan sonra münaqişənin hərb yolla həllinin qaçınılmaz olduğu faktı təstiqini tapdı. 2020-ci il iyul ayında baş verən Tovuz təxribatı, Azərbaycanın nüfuzlu hərbiçiləri general-mayor Polad Həşimovun, palkovnik İlqar Mirzəyevin və digər hərbçilərimizin şəhid olması xəbəri Azərbaycan xalqının səbrini daşıran son damla oldu və yalnız ali baş komandanın əmri gözlənilirdi. 27 sentyabrda başlayan II Qarabağ müharibəsində hər bir azərbaycanlı vahid bir xalq kimi birləşməyi bacardı və bərpa olunan yalnız ərazi bütövlüyümüz deyil milli qürurumuz idi. İlham Əliyev çıxışında Şuşanın azad olunmasından sonra Ermənistan tərəfinin kapitulyasiya aktını imzalamasından, eyni zamanda müharibənin bitməsindən sonra regionda aparılan quruculuq və bərpa işlərindən də söz açmış, Ermənistanın keçən 30 il ərzində apardığı işğalçılıq siyasətinin region üçün hansı fəlakətlərə yol açdığını izah etmişdir.
İnanırıq ki, bir çox itkilərlə əldə etdiyimiz qələbə bizə həqiqətən iqtisadi, sosial, ən əsası isə mənəvi bir çox qazanclar gətirəcək. Qələbəmiz və ərazi bütövlüyümüz əbədi olacaq.
Balaxanı qəsəbəsi, 69 saylı məktəbin tarix müəllimi Xəyalə Əsgərli
İnanırıq ki, bir çox itkilərlə əldə etdiyimiz qələbə bizə həqiqətən iqtisadi, sosial, ən əsası isə mənəvi bir çox qazanclar gətirəcək. Qələbəmiz və ərazi bütövlüyümüz əbədi olacaq.
Balaxanı qəsəbəsi, 69 saylı məktəbin tarix müəllimi Xəyalə Əsgərli