Ulu Öndər Heydər Əliyev dövlətlərarası münasibətlərə, xüsusilə də Türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi önəm verirdi

Ulu Öndər Heydər Əliyev dövlətlərarası münasibətlərə, xüsusilə də Türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi önəm verirdi
Qədim tarixə malik olan, müasir dövrə qədər müstəqilliyini qoruyub saxlayan hər bir dövlətin tarixində böyük iz qoymuş, xilaskara çevrilmiş şəxsiyyətlər olur. Ulu öndər Heydər Əliyev də məhz bu tarixi şəxsiyyətlərdən olmuşdur. Müasir qüdrətli Azərbaycanın qurucusu olan Ulu Öndərin xalqımız, dövlətimiz üçün misilsiz xidmətləri olmuşdur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən dərhal sonra qonşularıyla, eləcə də digər dövlətlərlə dostluq və diplomatik münasibətlər qurmuşdur. Ulu Öndər Heydər Əliyev dövlətlərarası münasibətlərə, xüsusilə də Türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi önəm verirdi. Məhz bu dövrdə Türkiyə dövləti ilə, eyni zamanda digər Türk dövlətləri ilə, siyasi, iqtisadi və diplomatik münasibətlərlə yanaşı yaxın dostluq və qardaşlıq münasibətləri yaradılmışdır. Azərbaycan və Türkiyəni “İki dövlət, bir millət” kimi ifadə edən Ulu Öndər Heydər Əliyev hər zaman Türkiyə Azərbaycan dostluğunun əbədi olduğunu vurğulamışdır.
Bir ölkənin xarici siyasətində qonşu dövlətlərlə münasibəti hər zaman ön planda durur. Təəssüf ki Azərbaycan uzun illər boyu elə məhz qonşularının hücum hədəfi olmuşdur. Ulu Öndər Heydər Əliyev öz nitqində demişdir “Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla, xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq, qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik”. Bu sitat Azərbaycanın digər dövıətlərə münasibətini, xarici siyasətini özündə əks etdirir.

Bakıxanov qəsəbəsi, 72 saylı məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə



Oxşar xəbərlər