Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevə rütbə verilib.Bu barədə idmançı instaqram hesabında paylaşım edib.
H.Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin ona mayor rütbəsi verdiyini bildirib:
“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.
Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm”, - deyə o yazıb.