AZƏRBAYCAN ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİ

AZƏRBAYCAN ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİ
Türk dövlətlərini yaxın milli adət və ənənələr, din, mədəniyyət və vahid dil qurupu birləşdirir. Türk dövlətləri araaında sıx qarşılıqlı əlaqələrin qurulması, dünyada yeni siyasi güc formalaşdırır.
Türkiyə ilə qurulan yaxın sıx dostluq münasibətləri ilə yanaşı, Mərkəzi Asiyada mövcud olan Türk dövlətləri ilə əlaqələr son dövrlər daha da genişləndirilib. Buna misal olaraq Azərbaycan-Özbəkistan munasibətlərini göstərə bilərik. Azərbaycan-Özbəkistan münasibətləri uzun tarixi keçmişə malikdir. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. O vaxdan daha da möhkəmlənən dövlətlərarası münasibətlər son dövrlərdə öz sürətli dinamikası ilə fərqlənir.
İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti var. Ölkələrarası səfərlərin artması bu ölkələr arasında mədəni və mənəvi əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə kömək edir. Prezident İlham Əliyevin 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak etməsi, Türk dövlətləri arasında sıx qarşılıqlı münasibətlərin təzahürüdür. Prezident İlham Əliyev çıxışı zamanı proritet məsələləri iştirakçı dövlətlərin diqqətinə çatdırdı. Xüsusilə Ermənistanın hərbi təcavüz və işğalçılıq siyasətinə Türk dövlətlərinin ədalətli mövqeyi dərin birliyin göstəricisidir.
Özbəkistan və Azərbaycan, eləcə də digər Türk dövlətləri arasında həyata keçirilən görüşlər yaxın dostluq və qarşılıqlı etimad şəraitində keçirilmişdir. Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri digər türk dövlətləri bütün sahələrdə qarşılıqlı əlaqələri daha da genişləndirməkdir.

72 nömrəli məktəb-liseyin tarix müəllimi Həsənzadə Damla


Oxşar xəbərlər